Qiran həcc edənin təvafı
أَخْبَرَنَا عَلِيُّ بْنُ مَيْمُونٍ الرَّقِّيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَيُّوبَ السَّخْتِيَانِيِّ ، وَأَيُّوبُ بْنُ مُوسَى ، وَإِسْمَعِيلُ بْنُ أُمَيَّةَ ، وَعُبَيْدُ اللهِ بْنُ عُمَرَ ، عَنْ نَافِعٍ ، قَالَ : خَرَجَ عَبْدُ اللهِ بْنُ عُمَرَ فَلَمَّا أَتَى ذَا الْحُلَيْفَةِ ، أَهَلَّ بِالْعُمْرَةِ ، فَسَارَ قَلِيلاً ، فَخَشِيَ أَنْ يُصَدَّ عَنِ الْبَيْتِ فَقَالَ : إِنْ صُدِدْتُ ، صَنَعْتُ كَمَا صَنَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : وَاللَّهِ مَا سَبِيلُ الْحَجِّ إِلاَّ سَبِيلُ الْعُمْرَةِ ، أُشْهِدُكُمْ أَنِّي قَدْ أَوْجَبْتُ مَعَ عُمْرَتِي حَجًّا فَسَارَ حَتَّى أَتَى قُدَيْدًا فَاشْتَرَى مِنْهَا هَدْيًا ، ثُمَّ قَدِمَ مَكَّةَ ، فَطَافَ بِالْبَيْتِ سَبْعًا ، وَبَيْنَ الصَّفَا وَالْمَرْوَةِ ، وَقَالَ : هَكَذَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَعَلَ.
“Rəvayət edilir ki, Nafi ﵀ demişdir: “Abdullah ibn Ömər ümrə etmək üçün yola çıxdı və Zul-Huleyfəyə çatdıqda ehrama girdi. Bir az yol getdikdən sonra Kəbənin təvaf edilməsinə maneə olunmasından qorxdu və belə dedi: “Əgər Kəbəni təvaf etməyimə mane olunsa, Allah Elçisinin ﷺ etdiyi kimi edərəm. Həcc və ümrə ikisi də eynidir. Şahid olun ki, ümrə ilə həcci birlikdə etməyə qərar verdim”. Bir az yeridikdən sonra Qudeydə adlı yerə gəlib oradan bir qurban aldı. Məkkəyə gəldi, Kəbəni yeddi dəfə təvaf etdikdən sonra Səfa və Mərva arasında səy etdi və belə dedi: “Mən Allah Elçisinin ﷺ də belə etdiyini görmüşəm”.”
İstinad
Nəsəi, 2933 (Həcc, 315)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı