Ehramda olan ov əti yeyə bilərmi?
أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : حَدَّثَنِي مُحَمَّدُ بْنُ الْمُنْكَدِرِ ، عَنْ مُعَاذِ بْنِ عَبْدِ الرَّحْمَنِ التَّيْمِيِّ ، عَنْ أَبِيهِ ، قَالَ : كُنَّا مَعَ طَلْحَةَ بْنِ عُبَيْدِ اللهِ وَنَحْنُ مُحْرِمُونَ ، فَأُهْدِيَ لَهُ طَيْرٌ وَهُوَ رَاقِدٌ ، فَأَكَلَ بَعْضُنَا ، وَتَوَرَّعَ بَعْضُنَا ، فَاسْتَيْقَظَ طَلْحَةُ فَوَفَّقَ مَنْ أَكَلَهُ ، وَقَالَ : أَكَلْنَاهُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.
“Muaz ibn Abdur-Rahmən ət-Teymi atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Mən Təlhə ibn Ubeydullah ilə birlikdə idim. Hamımız ehramda idik. Təlhə yatdığı vaxt hədiyyə olaraq ona bir quş gətirildi. Bu quşun ətindən oradakıların bir qismi yedi, bir qismi isə o əti yeməkdən ehtiyat etdi. Bu əsnada Təlhə oyandı və o ətin yeyilə biləcəyini bildirərək dedi: “Biz Allah Elçisi ﷺ ilə ondan yemişdik”.”
İstinad
Nəsəi, 2817 (Həcc, 199)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı