Ehramda olan ov əti yeyə bilərmi?
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، قَالَ : أَخْبَرَنِي مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ بْنِ الْحَارِثِ ، عَنْ عِيسَى بْنِ طَلْحَةَ ، عَنْ عُمَيْرِ بْنِ سَلَمَةَ الضَّمْرِيِّ أَنَّهُ أَخْبَرَهُ ، عَنِ الْبَهْزِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ يُرِيدُ مَكَّةَ وَهُوَ مُحْرِمٌ حَتَّى إِذَا كَانُوا بِالرَّوْحَاءِ إِذَا حِمَارُ وَحْشٍ عَقِيرٌ ، فَذُكِرَ ذَلِكَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : ودَعُوهُ فَإِنَّهُ يُوشِكُ أَنْ يَأْتِيَ صَاحِبُهُ فَجَاءَ الْبَهْزِيُّ وَهُوَ صَاحِبُهُ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْكَ وَسَلَّمَ شَأْنَكُمْ بِهَذَا الْحِمَارِ ، فَأَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَبَا بَكْرٍ فَقَسَّمَهُ بَيْنَ الرِّفَاقِ ، ثُمَّ مَضَى حَتَّى إِذَا كَانَ بِالأُثَايَةِ ، بَيْنَ الرُّوَيْثَةِ وَالْعَرْجِ ، إِذَا ظَبْيٌ حَاقِفٌ فِي ظِلٍّ وَفِيهِ سَهْمٌ ، فَزَعَمَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَمَرَ رَجُلاً يَقِفُ عِنْدَهُ لاَ يُرِيبُهُ أَحَدٌ مِنَ النَّاسِ ، حَتَّى يُجَاوِزَهُ.
“əl-Bəhzi ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Məkkəyə getmək üçün ehramlı olaraq yola çıxdı. ər-Ravha adlı yerə çatdıqda qıçı qırılmış bir çöleşşəyi gördülər. Bunu Allah Elçisinə ﷺ xəbər verdikdə o buyurdu: “Ona dəyməyin, indi yiyəsi gələr”. Sonra əl-Bəhzi Allah Elçisinin ﷺ yanına gəldi, çöleşşəyinin yiyəsi o idi. əl-Bəhzi dedi: “Ey Allahın Elçisi, bu çöleşşəyini götür, sənin olsun”. Allah Elçisi ﷺ də Əbu Bəkrə çöleşşəyini yoldaşları arasında paylaşdırmağı əmr etdi. Sonra bir az getdilər və ər-Ruveysə ilə əl-Arc deyilən yerlərin arasında olan əl-Usayə adlı yerə gəldilər. Baxıb gördülər ki, oxla vurulmuş bir ceyran kölgədə inildəyir. Allah Elçisi ﷺ bir nəfərin ceyrana yaxınlaşmasını və hamı onun yanından keçənə qədər onu hürkütməmələrini istədi”.”
İstinad
Nəsəi, 2818 (Həcc, 200)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı