Həcc ayinləri kitabı

Müzdəlifədə iki namazı birləşdirmək

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : أَنْبَأَنَا حِبَّانُ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ إِبْرَاهِيمَ بْنِ عُقْبَةَ ، أَنَّ كُرَيْبًا ، قَالَ : سَأَلْتُ أُسَامَةَ بْنَ زَيْدٍ ، وَكَانَ رِدْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَشِيَّةَ عَرَفَةَ ، فَقُلْتُ : كَيْفَ فَعَلْتُمْ ؟ قَالَ : أَقْبَلْنَا نَسِيرُ حَتَّى بَلَغْنَا الْمُزْدَلِفَةَ ، فَأَنَاخَ ، فَصَلَّى الْمَغْرِبَ ، ثُمَّ بَعَثَ إِلَى الْقَوْمِ ، فَأَنَاخُوا فِي مَنَازِلِهِمْ ، فَلَمْ يَحُلُّوا حَتَّى صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْعِشَاءَ الآخِرَةَ ، ثُمَّ حَلَّ النَّاسُ فَنَزَلُوا ، فَلَمَّا أَصْبَحْنَا انْطَلَقْتُ عَلَى رِجْلَيَّ فِي سُبَّاقِ قُرَيْشٍ ، وَرَدِفَهُ الْفَضْلُ.

“Rəvayət edilir ki, Kureyb ﵁ demişdir: “Mən Arafa günü Allah Elçisinin ﷺ tərkində olan Usamə ibn Zeyddən soruşdum: “Siz həmin vaxt nə edirdiniz?” O dedi: “Yeriyərək Müzdəlifəyə qədər getdik, Allah Elçisi ﷺ orada gecələdi. Məğrib namazını qılıb camaatın da gecələməsi üçün xəbər göndərdi. Allah Elçisi ﷺ İşa namazını qılana qədər camaatın gəlməsi davam etdi. Camaatın gəlməsi dayandıqda, hamısı birlikdə orada gecələdilər. Səhər olduqda Qureyşin ilk yola çıxanları ilə birlikdə mən də çıxdım. Bu əsnada Allah Elçisinin ﷺ miniyinin tərkində əl-Fədl var idi”.”

Kureyb
Səhih

İstinad

Nəsəi, 3031 (Həcc, 413)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı