Həcc ayinləri kitabı

Qurbanlıq dəvəyə minmək

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، رَأَى رَجُلاً يَسُوقُ بَدَنَةً ، قَالَ : ارْكَبْهَا قَالَ : يَا رَسُولَ اللهِ إِنَّهَا بَدَنَةٌ ، قَالَ : ارْكَبْهَا ، وَيْلَكَ فِي الثَّانِيَةِ ، أَوْ فِي الثَّالِثَةِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bir kişinin qurbanını (Məkkəyə) göndərdiyini və özünün də piyada getdiyini gördü və ona: “Dəvəyə min!” dedi. O da dedi: “Ey Allahın Elçisi, axı o qurban kəsilmək üçündür”. Allah Elçisi ﷺ: “Onu min, ay biçarə!” deyərək bunu iki və ya üç dəfə təkrarladı.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 2799 (Həcc, 181)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı