Həcc ayinləri kitabı

Qadın kişinin yerinə həcc edə bilərmi?

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، قَالَ : كَانَ الْفَضْلُ بْنُ عَبَّاسٍ رَدِيفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَجَاءَتْهُ امْرَأَةٌ مِنْ خَثْعَمَ تَسْتَفْتِيهِ ، وَجَعَلَ الْفَضْلُ يَنْظُرُ إِلَيْهَا ، وَتَنْظُرُ إِلَيْهِ ، وَجَعَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَصْرِفُ وَجْهَ الْفَضْلِ إِلَى الشِّقِّ الآخَرِ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ إِنَّ فَرِيضَةَ اللهِ فِي الْحَجِّ عَلَى عِبَادِهِ أَدْرَكَتْ أَبِي شَيْخًا كَبِيرًا ، لاَ يَسْتَطِيعُ أَنْ يَثْبُتَ عَلَى الرَّاحِلَةِ ، أَفَأَحُجُّ عَنْهُ ؟ قَالَ : نَعَمْ ، وَذَلِكَ فِي حَجَّةِ الْوَدَاعِ.

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ demişdir: “Fədl ibn Abbas Allah Elçisinin ﷺ tərkində idi. Xasam tayfasından olan bir qadın Allah Elçisindən ﷺ fətva soruşmağa gəlmişdi. Bu vaxt Fədl ilə qadın bir-birinə baxmağa başladı. Allah Elçisi ﷺ də Fədlin üzünü digər tərəfə çevirdi. Qadın dedi: “Ey Allahın Elçisi! Allahın qullarına vacib buyurduğu həcc atama da vacib oldu, lakin atam miniyə minəcək vəziyyətdə deyil. Onun yerinə mən həcc edə bilərəmmi?” Allah Elçisi ﷺ: “Bəli”- dedi. Bu hadisə vida həccində olmuşdu”.”

Abdullah ibn Abbas
Səhih

İstinad

Nəsəi, 2641 (Həcc, 23)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı