Həcc ayinləri kitabı

Təvafdan çıxdıqda Səfa qapısından çıxaraq Səfaya gəlmək

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، قَالَ : سَمِعْتُ ابْنَ عُمَرَ ، يَقُولُ : لَمَّا قَدِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَكَّةَ ، طَافَ بِالْبَيْتِ سَبْعًا ، ثُمَّ صَلَّى خَلْفَ الْمَقَامِ رَكْعَتَيْنِ ، ثُمَّ خَرَجَ إِلَى الصَّفَا مِنَ الْبَابِ الَّذِي يُخْرَجُ مِنْهُ ، فَطَافَ بِالصَّفَا وَالْمَرْوَةِ قَالَ : شُعْبَةُ ، وَأَخْبَرَنِي أَيُّوبُ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ ابْنِ عُمَرَ أَنَّهُ قَالَ : سُنَّةٌ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ Məkkəyə gəldikdə Kəbəni yeddi dəfə təvaf etdi və İbrahim məqamının arxasında iki rükət namaz qıldı. Oradan Səfaya gedən qapıdan Səfa təpəsinə çıxdı və Səfa və Mərvada səy etdi”. İbn Ömər dedi: “Bu, sünnədir”.”

İbn Ömər
Səhih

İstinad

Nəsəi, 2966 (Həcc, 348)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı