Həcc ayinləri kitabı

Ehramlı kimsənin sarı və zəfəran rəngli bir şey geyinməsinin qadağan olması

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، عَنْ سُفْيَانَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، قَالَ : سُئِلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، مَا يَلْبَسُ الْمُحْرِمُ مِنَ الثِّيَابِ ؟ قَالَ : لاَ يَلْبَسُ الْقَمِيصَ ، وَلاَ الْبُرْنُسَ ، وَلاَ السَّرَاوِيلَ ، وَلاَ الْعِمَامَةَ ، وَلاَ ثَوْبًا مَسَّهُ وَرْسٌ ، وَلاَ زَعْفَرَانٌ ، وَلاَ خُفَّيْنِ إِلاَّ لِمَنْ لاَ يَجِدُ نَعْلَيْنِ ، فَإِنْ لَمْ يَجِدْ نَعْلَيْنِ ، فَلْيَقْطَعْهُمَا حَتَّى يَكُونَا أَسْفَلَ مِنَ الْكَعْبَيْنِ.

“Səlim atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisindən ﷺ ehramlı kimsənin hansı paltarları geyinməsinin qadağan olduğu soruşuldu. Allah Elçisi ﷺ belə buyurdu: “Köynək, burnus, şalvar, əmmamə, sarıkök və zəfəranla boyanmış paltarlar və xuff geyinə bilməzlər, amma səndəl tapa bilməyənlər xufflarını topuqdan aşağı kəsərək geyinə bilərlər”.”

Səlim atasından
Səhih

İstinad

Nəsəi, 2667 (Həcc, 49)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı