Nəcdlilərin ehrama girəcəkləri yer
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : يُهِلُّ أَهْلُ الْمَدِينَةِ مِنْ ذِي الْحُلَيْفَةِ ، وَأَهْلُ الشَّامِ مِنَ الْجُحْفَةِ ، وَأَهْلُ نَجْدٍ مِنْ قَرْنٍ ، وَذُكِرَ لِي وَلَمْ أَسْمَعْ أَنَّهُ قَالَ : وَيُهِلُّ أَهْلُ الْيَمَنِ مِنْ يَلَمْلَمَ.
“Səlim atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mədinə əhalisi Zul-Huleyfədən, Şam əhalisi Cuhfədən, Nəcd əhalisi “Qarn” deyilən yerdən ehrama girirlər”. Mən özüm birbaşa eşitmədim, amma belə deyilmişdir: “Yəmən əhalisi də Yələmləmdən ehrama girirlər”.”
İstinad
Nəsəi, 2655 (Həcc, 37)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı