Həcc ayinləri kitabı

Mərva təpəsində ayaq üstə durmağın yeri

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، قَالَ : أَنْبَأَنَا اللَّيْثُ ، عَنْ ابْنِ الْهَادِ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ أَتَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمَرْوَةَ ، فَصَعِدَ فِيهَا ، ثُمَّ بَدَا لَهُ الْبَيْتُ فَقَالَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، قَالَ : ذَلِكَ ثَلاَثَ مَرَّاتٍ ثُمَّ ذَكَرَ اللَّهَ وَسَبَّحَهُ ، وَحَمِدَهُ ، ثُمَّ دَعَا بِمَا شَاءَ اللَّهُ فَعَلَ هَذَا حَتَّى فَرَغَ مِنَ الطَّوَافِ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Mərva təpəsinə qalxdı, sonra Kəbə görünən yerə gəlib belə dua etdi: “Lə ilə:hə illəllah, vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!” Cabir deyir: “Bu sözləri üç dəfə təkrarladıqdan sonra Allahı zikr edib Onu təsbih və Ona həmd etdi. Sonra Allahın istədiyi qədər dua etdi və səyi qurtarana qədər belə etdi”.”

Cabir ibn Abdullah
Səhih

İstinad

Nəsəi, 2984 (Həcc, 366)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı