Həcc ayinləri kitabı

Məkkəyə daxil olmaq

أَخْبَرَنَا عَبْدَةُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : أَنْبَأَنَا سُوَيْدٌ ، قَالَ : حَدَّثَنَا زُهَيْرٌ ، قَالَ : حَدَّثَنَا مُوسَى بْنُ عُقْبَةَ ، قَالَ : حَدَّثَنِي نَافِعٌ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ حَدَّثَهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَنْزِلُ بِذِي طُوًى يَبِيتُ بِهِ حَتَّى يُصَلِّيَ صَلاَةَ الصُّبْحِ حِينَ يَقْدَمُ إِلَى مَكَّةَ ، وَمُصَلَّى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَلِكَ ، عَلَى أَكَمَةٍ غَلِيظَةٍ ، لَيْسَ فِي الْمَسْجِدِ الَّذِي بُنِيَ ، ثَمَّ وَلَكِنْ أَسْفَلَ مِنْ ذَلِكَ عَلَى أَكَمَةٍ خَشِنَةٍ غَلِيظَةٍ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Məkkəyə gəldikdə “Zu-Tuva” deyilən yerdə gecələdi və Sübh namazını da orada qıldı. Namaz qıldığı yer indiki məscidin yeri deyildi, sərt və bir az hündür bir yer idi. İndiki məscidin aşağı hissəsində olan çətin yer idi.”

Abdullah ibn Ömər
Səhih

İstinad

Nəsəi, 2862 (Həcc, 244)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı