Həcc ayinləri kitabı

Həccə getməyə düşmən mane olarsa nə etməli?

أَخْبَرَنَا شُعَيْبُ بْنُ يُوسُفَ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالاَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ حَجَّاجِ بْنِ الصَّوَّافِ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، عَنْ عِكْرِمَةَ ، عَنِ الْحَجَّاجِ بْنِ عَمْرٍو ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ كُسِرَ أَوْ عَرِجَ فَقَدْ حَلَّ وَعَلَيْهِ حَجَّةٌ أُخْرَى وَسَأَلْتُ ابْنَ عَبَّاسٍ ، وَأَبَا هُرَيْرَةَ ، فَقَالاَ : صَدَقَ ، وَقَالَ شُعَيْبٌ ، فِي حَدِيثِهِ : وَعَلَيْهِ الْحَجُّ مِنْ قَابِلٍ.

“İkrimə ﵀ rəvayət edir ki, Həccac ibn Amr Peyğəmbərin ﷺ belə buyurduğunu rəvayət etmişdir: “Kimin ayağı sınar və ya topal olarsa, ehramdan çıxar və gələn il həcc edər”. Mən İbn Abbas və Əbu Hureyradan bu haqda soruşdum, onlar: “Doğru söylədi” dedilər. Ravi rəvayətində: “Növbəti il yenidən həcc edər” demişdir.”

İkrimə
Səhih

İstinad

Nəsəi, 2861 (Həcc, 243)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı