Ehrama girərkən “bəsmələ”ni tərk etmək
أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، قَالَ : أَتَيْنَا جَابِرَ بْنَ عَبْدِ اللهِ فَسَأَلْنَاهُ عَنْ حَجَّةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَحَدَّثَنَا أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، مَكَثَ بِالْمَدِينَةِ تِسْعَ حِجَجٍ ، ثُمَّ أُذِّنَ فِي النَّاسِ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَاجِّ هَذَا الْعَامِ فَنَزَلَ الْمَدِينَةَ بَشَرٌ كَثِيرٌ كُلُّهُمْ يَلْتَمِسُ أَنْ يَأْتَمَّ بِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَيَفْعَلُ مَا يَفْعَلُ ، فَخَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، لِخَمْسٍ بَقِينَ مِنْ ذِي الْقِعْدَةِ ، وَخَرَجْنَا مَعَهُ ، قَالَ جَابِرٌ : وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ أَظْهُرِنَا عَلَيْهِ ، يَنْزِلُ الْقُرْآنُ وَهُوَ يَعْرِفُ تَأْوِيلَهُ ، وَمَا عَمِلَ بِهِ مِنْ شَيْءٍ عَمِلْنَا ، فَخَرَجْنَا لاَ نَنْوِي إِلاَّ الْحَجَّ.
“Rəvayət edilir ki, Cəfər ibn Muhəmməd ﵀ demişdir: “Atam deyir ki, biz Cabir ibn Abdullahın yanına getdik və ona Peyğəmbərin ﷺ həcci haqda sual verdik. Cabir bizə danışdı ki, Allah Elçisi ﷺ Mədinədə doqquz il qaldıqdan sonra insanlara bu il həccə gedəcəyini elan etdirdi. Ona görə də Peyğəmbərlə ﷺ birlikdə həccə getmək üçün ətrafdan bir çox insan Mədinəyə gəlmişdi. Onlar Allah Elçisinin ﷺ etdiyini edəcəkdilər. Allah Elçisi ﷺ Zil-Qadə ayının sona çatmasına beş gün qalmış yola çıxdı. Biz də onunla birlikdə yola çıxdıq”. Cabir deyir: “Allah Elçisi ﷺ bizim aramızda ikən ona Quran nazil edilir, o da onu bizə izah edirdi. O nə edirdisə, biz də eynisini edirdik. Yola çıxarkən də niyyətimiz yalnız həcc etmək idi”.”
İstinad
Nəsəi, 2740 (Həcc, 122)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı