Həcc ayinləri kitabı

Təvaf namazından sonra deyilən söz

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، قَالَ : أَنْبَأَنَا اللَّيْثُ ، عَنْ ابْنِ الْهَادِ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرٍ قَالَ : طَافَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْبَيْتِ سَبْعًا ، رَمَلَ مِنْهَا ثَلاَثًا ، وَمَشَى أَرْبَعًا ، ثُمَّ قَامَ عِنْدَ الْمَقَامِ فَصَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ قَرَأَ ، {وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى} وَرَفَعَ صَوْتَهُ يُسْمِعُ النَّاسَ ، ثُمَّ انْصَرَفَ فَاسْتَلَمَ ، ثُمَّ ذَهَبَ فَقَالَ : نَبْدَأُ بِمَا بَدَأَ اللَّهُ بِهِ ، فَبَدَأَ بِالصَّفَا ، فَرَقِيَ عَلَيْهَا ، حَتَّى بَدَا لَهُ الْبَيْتُ ، فَقَالَ ثَلاَثَ مَرَّاتٍ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ، يُحْيِي وَيُمِيتُ ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، فَكَبَّرَ اللَّهَ وَحَمِدَهُ ، ثُمَّ دَعَا بِمَا قُدِّرَ لَهُ ، ثُمَّ نَزَلَ مَاشِيًا ، حَتَّى تَصَوَّبَتْ قَدَمَاهُ فِي بَطْنِ الْمَسِيلِ ، فَسَعَى حَتَّى صَعِدَتْ قَدَمَاهُ ، ثُمَّ مَشَى حَتَّى أَتَى الْمَرْوَةَ ، فَصَعِدَ فِيهَا ، ثُمَّ بَدَا لَهُ الْبَيْتُ ، فَقَالَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، قَالَ ذَلِكَ ثَلاَثَ مَرَّاتٍ : ثُمَّ ذَكَرَ اللَّهَ ، وَسَبَّحَهُ ، وَحَمِدَهُ ، ثُمَّ دَعَا عَلَيْهَا بِمَا شَاءَ اللَّهُ فَعَلَ هَذَا حَتَّى فَرَغَ مِنَ الطَّوَافِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ Kəbəni yeddi dəfə təvaf etdi. Bunun ilk üç dövrəsini yeyin şəkildə, sonrakı dörd dövrəsini isə adi addımlarla etdi. Sonra İbrahim məqamının yanında durub iki rükət namaz qıldı, sonra da: “İbrahimin durduğu yeri namazgah edin” (əl-Bəqərə, 125) ayəsini insanlara eşitdirmək üçün səsini qaldırdı. Sonra dönüb Kəbəni salamladı. Sonra (Səfaya) gedərək belə buyurdu: “Mən Allahın başladığından başlayıram”. Sonra Səfanın Kəbə görünəcək yerinə gəlib üç dəfə buyurdu: “Lə ilə:hə illəllah, vahdəhu lə şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi va yumi:tu va huvə alə: kulli şey in qadi:r!” Allaha təkbir və təhmid etdikdən sonra bacardığı qədər dua etdi. Sonra yeriyərək təpədən aşağı düşdü. Bətnil-Məsəl adlı yerə gəldikdə sürətlə yeriməyə başladı və yenidən Mərvaya doğru yeriməyə başladı. Mərva təpəsinə çıxıb oradan Kəbə görünəcək yerdə: “Lə ilə:hə illəllah, vahdəhu lə şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!” dedi və bunu üç dəfə təkrarladı. Sonra Allahı zikr etdi, Onu təkbir və təhmid edərək Allahın istədiyi qədər dua etdi. Təvafı tamamlayana qədər bu şəkildə davam etdi”.”

Cabir
Səhih

İstinad

Nəsəi, 2961 (Həcc, 343)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı