Həcc ayinləri kitabı

Təvaf namazında nə oxunur?

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدِ بْنِ كَثِيرِ بْنِ دِينَارٍ ، عَنِ الْوَلِيدِ ، عَنْ مَالِكٍ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا انْتَهَى إِلَى مَقَامِ إِبْرَاهِيمَ قَرَأَ : {وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى} فَصَلَّى رَكْعَتَيْنِ ، فَقَرَأَ فَاتِحَةَ الْكِتَابِ ، وَ{قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ}، وَ{قُلْ هُوَ اللَّهُ أَحَدٌ} ثُمَّ عَادَ إِلَى الرُّكْنِ فَاسْتَلَمَهُ ، ثُمَّ خَرَجَ إِلَى الصَّفَا.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ İbrahim məqamına yaxınlaşdıqda “İbrahimin durduğu yeri namazgah edin” (əl-Bəqərə, 125) ayəsini oxudu, sonra iki rükət namaz qıldı. “əl-Fatihə” surəsi ilə “De: “Ey kafirlər!” (əl-Kəfirun) və “De: O Allah təkdir!” (əl-İxlas) surələrini oxudu, sonra qara daşın salamladı, sonra da Səfa təpəsinə çıxdı.”

Cabir ibn Abdullah
Səhih

İstinad

Nəsəi, 2963 (Həcc, 345)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı