Böyük sütuna daş atmağın yeri
أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ أَبِي زَائِدَةَ ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ - سَمِعْتُ الْحَجَّاجَ يَقُولُ : لاَ تَقُولُوا : سُورَةَ الْبَقَرَةِ ، قُولُوا : السُّورَةَ الَّتِي يُذْكَرُ فِيهَا الْبَقَرَةُ - فَذَكَرْتُ ذَلِكَ لِإِبْرَاهِيمَ ، فَقَالَ : أَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ يَزِيدَ ، أَنَّهُ كَانَ مَعَ عَبْدِ اللهِ ، حِينَ رَمَى جَمْرَةَ الْعَقَبَةِ ، فَاسْتَبْطَنَ الْوَادِيَ ، وَاسْتَعْرَضَهَا - يَعْنِي الْجَمْرَةَ - فَرَمَاهَا بِسَبْعِ حَصَيَاتٍ ، وَكَبَّرَ مَعَ كُلِّ حَصَاةٍ ، فَقُلْتُ : إِنَّ أُنَاسًا يَصْعَدُونَ الْجَبَلَ ، فَقَالَ : هَا هُنَا ، وَالَّذِي لاَ إِلَهَ غَيْرُهُ رَأَيْتُ الَّذِي أُنْزِلَتْ عَلَيْهِ سُورَةُ الْبَقَرَةِ رَمَى.
“Rəvayət edilir ki, Aməş ﵀ demişdir: “Həccac belə dedi: “əl-Bəqərə” surəsinə “inək surəsi” deməyin! Bu surəyə “içində inəkdən bəhs edilən surə” deyin”. Mən bu sözü İbrahimə dedim, o da belə buyurdu: “Abdur-Rahmən ibn Yəzid mənə xəbər verdi ki, Abdullah ibn Məsud böyük sütunu daşladığı vaxt o da orada imiş. Abdullah Bətnil-Vadinin ortasında sütuna yönələrək yeddi daş atmış və hər dəfə daş atanda təkbir etmişdi. Mən də: “Camaat dağa dırmaşıb oradan daş atır” dedikdə o demişdir: “Özündən başqa ibadətə layiq haqq məbud olmayan Allaha and olsun ki, “əl-Bəqərə” surəsi özünə nazil olan şəxs daşları buradan atmışdır”.”
İstinad
Nəsəi, 3073 (Həcc, 455)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı