Təməttu həcci
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ قَيْسٍ وَهُوَ ابْنُ مُسْلِمٍ ، عَنْ طَارِقِ بْنِ شِهَابٍ ، عَنْ أَبِي مُوسَى ، قَالَ : قَدِمْتُ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ بِالْبَطْحَاءِ فَقَالَ : بِمَا أَهْلَلْتَ ؟ قُلْتُ : أَهْلَلْتُ بِإِهْلاَلِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : هَلْ سُقْتَ مِنْ هَدْيٍ ؟ قُلْتُ : لاَ ، قَالَ : فَطُفْ بِالْبَيْتِ وَبِالصَّفَا وَالْمَرْوَةِ ، ثُمَّ حِلَّ فَطُفْتُ بِالْبَيْتِ وَبِالصَّفَا وَالْمَرْوَةِ ، ثُمَّ أَتَيْتُ امْرَأَةً مِنْ قَوْمِي فَمَشَطَتْنِي ، وَغَسَلَتْ رَأْسِي ، فَكُنْتُ أُفْتِي النَّاسَ بِذَلِكَ فِي إِمَارَةِ أَبِي بَكْرٍ ، وَإِمَارَةِ عُمَرَ ، وَإِنِّي لَقَائِمٌ بِالْمَوْسِمِ إِذْ جَاءَنِي رَجُلٌ فَقَالَ : إِنَّكَ لاَ تَدْرِي مَا أَحْدَثَ أَمِيرُ الْمُؤْمِنِينَ فِي شَأْنِ النُّسُكِ ، قُلْتُ : يَا أَيُّهَا النَّاسُ مَنْ كُنَّا أَفْتَيْنَاهُ بِشَيْءٍ فَلْيَتَّئِدْ ، فَإِنَّ أَمِيرَ الْمُؤْمِنِينَ قَادِمٌ عَلَيْكُمْ ، فَأْتَمُّوا بِهِ فَلَمَّا قَدِمَ قُلْتُ : يَا أَمِيرَ الْمُؤْمِنِينَ مَا هَذَا الَّذِي أَحْدَثْتَ فِي شَأْنِ النُّسُكِ ؟ قَالَ : إِنْ نَأْخُذْ بِكِتَابِ اللهِ عَزَّ وَجَلَّ ، فَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ قَالَ : {وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلَّهِ} وَإِنْ نَأْخُذْ بِسُنَّةِ نَبِيِّنَا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَإِنَّ نَبِيَّنَا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَمْ يَحِلَّ حَتَّى نَحَرَ الْهَدْيَ.
“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Allah Elçisi ﷺ əl-Bətha deyilən yerdə olanda mən onun yanına gəldim. O mənə dedi: “Sən ehrama necə girdin?” Mən dedim: “Peyğəmbərin ﷺ girdiyi kimi”. Peyğəmbər ﷺ dedi: “Özünlə qurban gətirmisən?” Mən: “Xeyr” dedim. O dedi: “Elə isə Kəbəni təvaf et, Səfa və Mərva arasında səy et, sonra da ehramdan çıx!” Mən də Kəbəni təvaf edib, Səfa və Mərva arasında səy etdikdən sonra tayfamızdan bir qadının yanına gəldim, o da saçlarımı düzəldib daradıqdan sonra başımı yudu. Sonralar Əbu Bəkr və Ömərin əmir olduqları dövrdə insanlara bu haqda Peyğəmbərdən ﷺ eşitdiyimə uyğun fətva verirdim. Bir dəfə həcc mövsümündə bir kişi yanıma gəlib mənə dedi: “Yəqin ki, möminlərin əmirinin həccə aid yeni əmrini bilmirsən”. Mən də insanlara dedim: “Ey insanlar, mənim həccə aid dediklərimi etməkdə tələsməyin. Möminlərin əmiri gəldikdə onun dediyini edin!” Xəlifə gəldikdə dedim: “Ey möminlərin əmiri, həcc mövzusuna dair yeni əmriniz nədir?” Ömər dedi: “Əgər Allahın Kitabına baxsaq, orada Allah “Allah üçün həcc və ümrəni tam yerinə yetirin...” (əl-Bəqərə, 196) buyurur. Peyğəmbərin ﷺ sünnəsinə baxdıqda Peyğəmbər ﷺ buyurur: “Ehramda olan insan Qurban kəsilənə qədər ona haram olan heç nəyi etmir”.”
İstinad
Nəsəi, 2738 (Həcc, 120)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı