Həcc ayinləri kitabı

Ümrə üçün ehrama girib qurban göndərən nə etməlidir?

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : أَنْبَأَنَا سُوَيْدٌ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ يُونُسَ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَجَّةِ الْوَدَاعِ ، فَمِنَّا مَنْ أَهَلَّ بِالْحَجِّ ، وَمِنَّا مَنْ أَهَلَّ بِعُمْرَةٍ وَأَهْدَى ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ أَهَلَّ بِعُمْرَةٍ وَلَمْ يُهْدِ فَلْيَحْلِلْ ، وَمَنْ أَهَلَّ بِعُمْرَةٍ فَأَهْدَى فَلاَ يَحِلَّ ، وَمَنْ أَهَلَّ بِحَجَّةِ فَلْيُتِمَّ حَجَّهُ قَالَتْ عَائِشَةُ : وَكُنْتُ مِمَّنْ أَهَلَّ بِعُمْرَةٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Vida həccini etmək üçün yola çıxdıq. Bir qismimiz həcc üçün, bir qismimiz isə ümrə üçün ehrama girmişdi. Allah Elçisi ﷺ buyurdu: “Ümrə üçün ehrama girib qurbanı olmayanlar ehramdan çıxsınlar, qurbanı olanlar isə ehramlı qalsınlar. Həcc üçün ehrama girənlər həclərini tamamlasınlar”. Aişə deyir: “Mən ehrama ümrə üçün girmişdim”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 2991 (Həcc, 373)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı