Cihad kitabı

Döyüşə qoşulanların evdə oturanlar üzərində üstünlüyü

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ بَزِيعٍ ، قَالَ : حَدَّثَنَا بِشْرٌ ، يَعْنِي ابْنَ الْمُفَضَّلِ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِسْحَاقَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَهْلِ بْنِ سَعْدٍ ، قَالَ : رَأَيْتُ مَرْوَانَ بْنَ الْحَكَمِ - جَالِسًا فَجِئْتُ حَتَّى جَلَسْتُ إِلَيْهِ ، فَحَدَّثَنَا أَنَّ زَيْدَ بْنَ ثَابِتٍ ، حَدَّثَهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أُنْزِلَ عَلَيْهِ {لاَ يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ} {وَالْمُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ} ، فَجَاءَ ابْنُ أُمِّ مَكْتُومٍ وَهُوَ يُمِلُّهَا عَلَيَّ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، لَوْ أَسْتَطِيعُ الْجِهَادَ لَجَاهَدْتُ فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ ، وَفَخِذُهُ عَلَى فَخِذِي ، فَثَقُلَتْ عَلَيَّ حَتَّى ظَنَنْتُ أَنْ سَتُرَضُّ فَخِذِي ، ثُمَّ سُرِّيَ عَنْهُ ، {غَيْرُ أُولِي الضَّرَرِ}. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : عَبْدُ الرَّحْمَنِ بْنُ إِسْحَاقَ هَذَا لَيْسَ بِهِ بَأْسٌ ، وَعَبْدُ الرَّحْمَنِ بْنُ إِسْحَاقَ يَرْوِي عَنْهُ عَلِيُّ بْنُ مُسْهِرٍ ، وَأَبُو مُعَاوِيَةَ ، وَعَبْدُ الْوَاحِدِ بْنُ زِيَادٍ ، عَنِ النُّعْمَانِ بْنِ سَعْدٍ لَيْسَ بِثِقَةٍ.

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Mərvan ibn əl-Həkəmin bir yerdə oturduğunu gördüm, mən də gəlib onun yanında oturdum. Mərvan bizə Zeyd ibn Sabitin belə dediyini danışdı: “Bir dəfə Allah Elçisinə ﷺ bu ayə: “Möminlərdən (evdə) oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar...” (ən-Nisa, 95) nazil olduqda ayəni mənə diktə edərkən gözləri görməyən İbn Ummu Məktum gəlib dedi: “Ey Allahın Elçisi! Əgər mən döyüşə bilsəydim, döyüşərdim”. Bu vaxt Allah ﷿ ayə nazil etdi. Peyğəmbərin ﷺ dizi mənim dizimə toxunurdu və vəhyin gəlməsi ilə ayağıma elə bir ağırlıq düşdü ki, mən ayağımın xıncım-xıncım olacağından qorxdum. Sonra vəhy dayandı və ayənin “...üzrlülər istisna olmaqla...” hissəsinin nazil olduğu bəlli oldu”.”

Səhl ibn Səd
Səhih

İstinad

Nəsəi, 3099 (Cihad, 15)

Sunən ən-Nəsəi — Cihad kitabı