Cihad kitabı

Döyüşə qoşulanların evdə oturanlar üzərində üstünlüyü

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ صَالِحٍ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : حَدَّثَنِي سَهْلُ بْنُ سَعْدٍ ، قَالَ : رَأَيْتُ مَرْوَانَ - جَالِسًا فِي الْمَسْجِدِ ، فَأَقْبَلْتُ حَتَّى جَلَسْتُ إِلَى جَنْبِهِ ، فَأَخْبَرَنَا أَنَّ زَيْدَ بْنَ ثَابِتٍ ، أَخْبَرَهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَمْلَى عَلَيْهِ {لاَ يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ} {وَالْمُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ} قَالَ : فَجَاءَهُ ابْنُ أُمِّ مَكْتُومٍ وَهُوَ يُمِلُّهَا عَلَيَّ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، لَوْ أَسْتَطِيعُ الْجِهَادَ لَجَاهَدْتُ وَكَانَ رَجُلاً أَعْمَى ، فَأَنْزَلَ اللَّهُ عَلَى رَسُولِهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَفَخِذُهُ عَلَى فَخِذِي ، حَتَّى هَمَّتْ تَرُضُّ فَخِذِي ، ثُمَّ سُرِّيَ عَنْهُ فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {غَيْرُ أُولِي الضَّرَرِ}.

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Mən Mərvanın məsciddə oturduğunu gördüm və gəlib onun yanında oturdum. Mərvan bizə Zeyd ibn Sabitin belə dediyini danışdı: “Bir dəfə Allah Elçisi ﷺ mənə bu ayəni: “Möminlərdən (evdə) oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar...” (ən-Nisa, 95) yazdırırdı. Bu vaxt İbn Ummu Məktum gəlib dedi: “Ey Allahın Elçisi! Əgər mən döyüşə bilsəydim, döyüşərdim”. Onun gözləri görmürdü. Bu vaxt Allah Öz Elçisinə ﷺ ayə nazil etdi. Peyğəmbərin ﷺ dizi mənim dizimə toxunurdu və vəhyin gəlməsi ilə ayağıma elə bir ağırlıq düşdü ki, mən ayağımın əziləcəyindən qorxdum. Sonra onun bu halı düzəldi və Allah ﷿ bu ayənin “...üzrlülər istisna olmaqla...” hissəsini nazil etdi”.”

Səhl ibn Səd
Səhih

İstinad

Nəsəi, 3100 (Cihad, 16)

Sunən ən-Nəsəi — Cihad kitabı