Nikah kitabı

Allah Elçisinin ﷺ nikahı və zövcələri ilə bağlı məsələlərinin zikri; həmçinin Allahın ﷿ Öz Peyğəmbərinə ﷺ halal, digər yaratdıqlarına haram buyurduğu şeylərin bəyanı - bu da onun şərəfini artırmaq və fəzilətinə diqqət çəkmək üçündür

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ الْمُقْرِئُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا أَبُو حَازِمٍ ، عَنْ سَهْلِ بْنِ سَعْدٍ ، قَالَ : أَنَا فِي الْقَوْمِ إِذْ قَالَتِ امْرَأَةٌ : إِنِّي قَدْ وَهَبْتُ نَفْسِي لَكَ يَا رَسُولَ اللهِ ، فَرَأْ فِيَّ رَأْيَكَ ، فَقَامَ رَجُلٌ فَقَالَ : زَوِّجْنِيهَا ، فَقَالَ : اذْهَبْ ، فَاطْلُبْ وَلَوْ خَاتَمًا مِنْ حَدِيدٍ ، فَذَهَبَ فَلَمْ يَجِدْ شَيْئًا وَلاَ خَاتَمًا مِنْ حَدِيدٍ ، فَقَالَ رَسُولُ اللهِ : أَمَعَكَ مِنْ سُوَرِ الْقُرْآنِ شَيْءٌ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَزَوَّجَهُ بِمَا مَعَهُ مِنْ سُوَرِ الْقُرْآنِ.

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Mən bir toplum camaatın içində idim. Bir qadın dedi: “Mən özümü sənə evlənmək üçün bəxş edirəm, ey Allahın Elçisi! Necə istəyirsənsə, elə olsun”. Bir kişi ayağa durub dedi: “Məni bu qadınla evləndir”. Allah Elçisi ﷺ buyurdu: “Get, dəmir bir üzük olsa belə, tap gətir!” Həmin kişi getdi, lakin dəmir üzük olsa belə, bir şey tapa bilmədi. Allah Elçisi ﷺ buyurdu: “Hafizəndə Quran surələrindən bir şey varmı?” Kişi: “Bəli”, - dedi. Allah Elçisi ﷺ də əzbərində bildiyi surələri o qadına öyrətmək şərti ilə onunla evləndirdi”.”

Səhl ibn Səd
Səhih

İstinad

Nəsəi, 3200 (Nikah, 5)

Sunən ən-Nəsəi — Nikah kitabı