Nikah kitabı

Allah ﷿ Özünə yaxınlaşması üçün Öz Elçisinə ﷺ nəyi vacib edib və nəyi yaratdıqlarına haram etmişdir?

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ عَبْدِ اللهِ بْنِ خَالِدٍ النَّيْسَابُورِيُّ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُوسَى بْنِ أَعْيَنَ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : حَدَّثَنَا أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عَائِشَةَ ، زَوْجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، أَنَّهَا أَخْبَرَتْهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ جَاءَهَا حِينَ أَمَرَهُ اللَّهُ أَنْ يُخَيِّرَ أَزْوَاجَهُ ، قَالَتْ عَائِشَةُ : فَبَدَأَ بِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنِّي ذَاكِرٌ لَكِ أَمْرًا ، فَلاَ عَلَيْكِ أَنْ لاَ تُعَجِّلِي حَتَّى تَسْتَأْمِرِي أَبَوَيْكِ ، قَالَتْ : وَقَدْ عَلِمَ أَنَّ أَبَوَيَّ لاَ يَأْمُرَانِي بِفِرَاقِهِ ، ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : {يَا أَيُّهَا النَّبِيُّ قُلْ لأَزْوَاجِكَ إِنْ كُنْتُنَّ تُرِدْنَ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا فَتَعَالَيْنَ أُمَتِّعْكُنَّ} ، فَقُلْتُ : فِي هَذَا أَسْتَأْمِرُ أَبَوَيَّ فَإِنِّي أُرِيدُ اللَّهَ وَرَسُولَهُ وَالدَّارَ الآخِرَةَ.

“Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ rəvayət edir ki, Allah Öz Elçisinə ﷺ zövcələrinə boşanmaq xüsusunda seçim ixtiyarı verməyini əmr etdikdə Allah Elçisi ﷺ ilk olaraq Aişənin yanına gəldi. Aişə deyir: “Allah Elçisi ﷺ birinci məndən başlayaraq dedi: “Sənə bəzi şeylər əmr edirəm, amma valideynlərinlə danışmadan bu məsələdə bir qərar verməyə tələsmə!” Allah Elçisi ﷺ valideynlərimin mənim Allah Elçisindən ﷺ ayrılmağıma razı olmayacaqlarını çox yaxşı bilirdi. Sonra bu ayəni oxudu: “Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bər-bəzəyini istəyirsinizsə, gəlin sizi dünya malı ilə məmnun edib gözəl tərzdə sərbəst buraxım” (əl-Əhzab, 28). Mən dedim: “Mən bu məsələdə valideynlərimlə məsləhətləşə bilərəm, amma mən onsuz da Allahı, Onun Elçisini və Axirət yurdunu istəyirəm”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 3201 (Nikah, 6)

Sunən ən-Nəsəi — Nikah kitabı