Bir qadına elçi düşmək istəyənin o qadınla evlənmək istəyən digər kişinin fikrindən daşındıqdan və ya ondan icazə aldıqdan sonra elçi düşməsi
أَخْبَرَنِي حَاجِبُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي ذِئْبٍ ، عَنِ الزُّهْرِيِّ ، وَيَزِيدُ بْنُ عَبْدِ اللهِ بْنِ قُسَيْطٍ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، وَعَنْ الْحَارِثِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ ثَوْبَانَ ، أَنَّهُمَا سَأَلاَ فَاطِمَةَ بِنْتَ قَيْسٍ ، عَنْ أَمْرِهَا ، فَقَالَتْ : طَلَّقَنِي زَوْجِي ثَلاَثًا ، فَكَانَ يَرْزُقُنِي طَعَامًا فِيهِ شَيْءٌ ، فَقُلْتُ : وَاللَّهِ لَئِنْ كَانَتْ لِي النَّفَقَةُ وَالسُّكْنَى لأَطْلُبَنَّهَا وَلاَ أَقْبَلُ هَذَا ، فَقَالَ الْوَكِيلُ : لَيْسَ لَكِ سُكْنَى وَلاَ نَفَقَةٌ ، قَالَتْ : فَأَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَذَكَرْتُ ذَلِكَ لَهُ ، فَقَالَ : لَيْسَ لَكِ سُكْنَى وَلاَ نَفَقَةٌ ، فَاعْتَدِّي عِنْدَ فُلاَنَةَ ، قَالَتْ : وَكَانَ يَأْتِيهَا أَصْحَابُهُ ، ثُمَّ قَالَ : اعْتَدِّي عِنْدَ ابْنِ أُمِّ مَكْتُومٍ فَإِنَّهُ أَعْمَى ، فَإِذَا حَلَلْتِ فَآذِنِينِي قَالَتْ : فَلَمَّا حَلَلْتُ آذَنْتُهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : وَمَنْ خَطَبَكِ ؟ فَقُلْتُ : مُعَاوِيَةُ وَرَجُلٌ آخَرُ مِنْ قُرَيْشٍ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَمَّا مُعَاوِيَةُ ، فَإِنَّهُ غُلاَمٌ مِنْ غِلْمَانِ قُرَيْشٍ ، لاَ شَيْءَ لَهُ ، وَأَمَّا الآخَرُ ، فَإِنَّهُ صَاحِبُ شَرٍّ لاَ خَيْرَ فِيهِ ، وَلَكِنْ انْكِحِي أُسَامَةَ بْنَ زَيْدٍ قَالَتْ : فَكَرِهْتُهُ ، فَقَالَ لَهَا ذَلِكَ ثَلاَثَ مَرَّاتٍ ، فَنَكَحَتْهُ.
“Rəvayət edilir ki, Haris ibn Abdur-Rahmən ilə Muhəmməd ibn Abdur-Rahmən ibn Səvban ﵀ Fatimə bint Qeysdən onun başına gələn hadisəni soruşduqda Fatimə bint Qeys dedi: “Ərim məni üç dəfə talaq verməklə boşamış və yeməyə azuqə də qoymamışdı. Mən dedim: “Allaha and olsun ki, əgər alacağım pay və evdə qalmaq haqqım varsa, alacağam. Belə halda yaşamağı qəbul edə bilmərəm”. Ərimin vəkili dedi: “Sənin alacağın paya və evdə qalmağa haqqın yoxdur”. Mən də Peyğəmbərin ﷺ yanına getdim və məsələni ona danışdım. O buyurdu: “Evdə qalmaq və nəsə pay almaq haqqın yoxdur. Sən filan qadının yanında iddə müddətini tamamla”. Sonra Peyğəmbər (o qadının evinə gəlib-gedənin çox olmasına görə mənə o evdə qalmamağımı) buyuraraq dedi: “Sən İbn Ummu Məktumun evində iddə müddətini tamamla, çünki onun gözləri kordur. İddə müddətin bitdikdə mənə xəbər verərsən”. İddə müddətim bitdikdə Peyğəmbərə ﷺ xəbər verdim. Allah Elçisi ﷺ buyurdu: “Səninlə evlənmək istəyənlər kimlərdir?” Mən də: “Müaviyə və Qureyşdən bir nəfər”, - dedim. Peyğəmbər ﷺ buyurdu: “Müaviyə Qureyşdən olan bir cavandır və heç nəyi yoxdur. Digərinə gəldikdə isə o, pis adamdır və onda xeyir yoxdur. Sən Usamə ibn Zeyd ilə evlən!” Bu təklif mənim xoşuma gəlmədi, lakin Peyğəmbər ﷺ üç dəfə: “Onunla evlən!” dedikdən sonra Usamə ilə evləndim”.”
İstinad
Nəsəi, 3244 (Nikah, 49)
Sunən ən-Nəsəi — Nikah kitabı