Qadın bir kişi ilə evlənməsi haqda məşvərət etdikdə bildiyini ona deməlidirmi?
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، وَاللَّفْظُ لِمُحَمَّدٍ ، عَنْ ابْنِ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ فَاطِمَةَ بِنْتِ قَيْسٍ : أَنَّ أَبَا عَمْرِو بْنَ حَفْصٍ طَلَّقَهَا الْبَتَّةَ وَهُوَ غَائِبٌ ، فَأَرْسَلَ إِلَيْهَا وَكِيلُهُ بِشَعِيرٍ ، فَسَخِطَتْهُ ، فَقَالَ : وَاللَّهِ مَا لَكِ عَلَيْنَا مِنْ شَيْءٍ ، فَجَاءَتْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَذَكَرَتْ ذَلِكَ لَهُ ، فَقَالَ : لَيْسَ لَكِ نَفَقَةٌ ، فَأَمَرَهَا أَنْ تَعْتَدَّ فِي بَيْتِ أُمِّ شَرِيكٍ ، ثُمَّ قَالَ : تِلْكَ امْرَأَةٌ يَغْشَاهَا أَصْحَابِي ، فَاعْتَدِّي عِنْدَ ابْنِ أُمِّ مَكْتُومٍ ، فَإِنَّهُ رَجُلٌ أَعْمَى ، تَضَعِينَ ثِيَابَكِ ، فَإِذَا حَلَلْتِ فَآذِنِينِي ، قَالَتْ : فَلَمَّا حَلَلْتُ ، ذَكَرْتُ لَهُ أَنَّ مُعَاوِيَةَ بْنَ أَبِي سُفْيَانَ وَأَبَا جَهْمٍ خَطَبَانِي ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَمَّا أَبُو جَهْمٍ ، فَلاَ يَضَعُ عَصَاهُ عَنْ عَاتِقِهِ ، وَأَمَّا مُعَاوِيَةُ فَصُعْلُوكٌ لاَ مَالَ لَهُ ، وَلَكِنْ انْكِحِي أُسَامَةَ بْنَ زَيْدٍ ، فَكَرِهْتُهُ ، ثُمَّ قَالَ : انْكِحِي أُسَامَةَ بْنَ زَيْدٍ فَنَكَحْتُهُ ، فَجَعَلَ اللَّهُ عَزَّ وَجَلَّ فِيهِ خَيْرًا ، وَاغْتَبَطْتُ بِهِ.
“Fatimə bint Qeys ﵂ rəvayət edir ki, əri Əbu Amr ibn Həfs onu yanında olmadığı halda boşamışdı. Ərinin vəkili Fatiməyə bir az arpa göndərdi. Fatimə bununla razılaşmadıqda vəkili qəzəblənib dedi: “Allaha and olsun, sənə bir şey vermək məcburiyyətində deyilik”. Fatimə də Allah Elçisinin ﷺ yanına gələrək olanları ona danışdı. Allah Elçisi ﷺ buyurdu: “Sənin onlardan nəsə almaq haqqın yoxdur. Sən Ummu Şərikin evində iddə müddətin tamamlanana qədər qal”. Sonra Peyğəmbər ﷺ buyurdu: “O qadın çox əliaçıq qadın olduğuna görə evinə gəlib-gedən çox olur. Sən İbn Ummu Məktumun evində iddə müddətini tamamla, çünki onun gözləri kordur. Örtünmənə riayət etməyərək onun yanında qala bilərsən. İddə müddətin bitəndə mənə xəbər verərsən”. Mən də iddə müddətim bitdikdə Müaviyə ibn Əbu Süfyanın və Əbu Cəhmin mənə elçi düşdüklərini Peyğəmbərə ﷺ xəbər verdim. Allah Elçisi ﷺ buyurdu: “Əbu Cəhmə gəldikdə, onun əsası heç vaxt əlindən düşmür (qadın döyəndir). Müaviyəyə gəldikdə isə, o, kasıbdır və mal-dövləti yoxdur. Sən Usamə ibn Zeyd ilə evlən!” Bu təklif mənim xoşuma gəlmədi, lakin Peyğəmbər ﷺ yenidən: “Usamə ibn Zeyd ilə evlən!” dedikdən sonra onunla evləndim”. Allah ﷿ da bu evliliyi xeyirli etdi və digər qadınlar mənə qibtə etdilər”.”
İstinad
Nəsəi, 3245 (Nikah, 50)
Sunən ən-Nəsəi — Nikah kitabı