Nikah kitabı

Evlənərkən nəyin deyilməsi müstəhəbdir?

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا عَبْثَرٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : عَلَّمَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ التَّشَهُّدَ فِي الصَّلاَةِ ، وَالتَّشَهُّدَ فِي الْحَاجَةِ ، قَالَ : التَّشَهُّدُ فِي الْحَاجَةِ : أَنِ الْحَمْدُ لِلَّهِ ، نَسْتَعِينُهُ وَنَسْتَغْفِرُهُ ، وَنَعُوذُ بِاللَّهِ مِنْ شُرُورِ أَنْفُسِنَا ، مَنْ يَهْدِهِ اللَّهُ ، فَلاَ مُضِلَّ لَهُ ، وَمَنْ يُضْلِلِ اللَّهُ ، فَلاَ هَادِيَ لَهُ ، وَأَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ وَيَقْرَأُ ثَلاَثَ آيَاتٍ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ namazda və ehtiyac duyulduqda təşəhhüd deməyi öyrətdi. Ehtiyac duyulduqda təşəhhüd belə deyilir: “Həqiqətən, həmd Allaha məxsusdur! Ondan yardım və bağışlanmamızı diləyirik! Nəfslərimizin şərindən Allaha sığınırıq! Allah kimi doğru yola yönəltsə, onu heç kim azdıra bilməz. Allah kimi azdırarsa, onu heç kim doğru yola yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!” Sonra üç ayə oxudu”.”

Abdullah
Səhih

İstinad

Nəsəi, 3277 (Nikah, 82)

Sunən ən-Nəsəi — Nikah kitabı