Nikah kitabı

Evlənərkən nəyin deyilməsi müstəhəbdir?

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عِيسَى ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ زَكَرِيَّا بْنِ أَبِي زَائِدَةَ ، عَنْ دَاوُدَ ، عَنْ عَمْرِو بْنِ سَعِيدٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَجُلاً كَلَّمَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي شَيْءٍ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ الْحَمْدَ لِلَّهِ ، نَحْمَدُهُ وَنَسْتَعِينُهُ ، مَنْ يَهْدِهِ اللَّهُ ، فَلاَ مُضِلَّ لَهُ ، وَمَنْ يُضْلِلِ اللَّهُ ، فَلاَ هَادِيَ لَهُ ، وَأَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ، أَمَّا بَعْدُ.

“İbn Abbas ﵄ rəvayət edir ki, bir kişi Peyğəmbərə ﷺ bir şey dedi. Peyğəmbər ﷺ də buyurdu: “Həqiqətən, həmd Allaha məxsusdur! Ona həmd edir və Ondan yardım diləyirik! Allah kimi doğru yola yönəltsə, onu heç kim azdıra bilməz. Allah kimi azdırarsa, onu heç kim doğru yola yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur, Onun şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir! Bundan sonra...”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 3278 (Nikah, 83)

Sunən ən-Nəsəi — Nikah kitabı