Nikah kitabı

Kişinin ögey qızı ilə evlənməsinin haram olması

أَخْبَرَنَا عِمْرَانُ بْنُ بَكَّارٍ ، قَالَ : حَدَّثَنَا أَبُو الْيَمَانِ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، قَالَ : أَخْبَرَنِي الزُّهْرِيُّ ، قَالَ : أَخْبَرَنِي عُرْوَةُ ، أَنَّ زَيْنَبَ بِنْتَ أَبِي سَلَمَةَ - وَأُمُّهَا أُمُّ سَلَمَةَ زَوْجُ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ - أَخْبَرَتْهُ أَنَّ أُمَّ حَبِيبَةَ بِنْتَ أَبِي سُفْيَانَ ، أَخْبَرَتْهَا أَنَّهَا قَالَتْ : يَا رَسُولَ اللهِ ، أَنْكِحْ أُخْتِي بِنْتَ أَبِي سُفْيَانَ ، قَالَتْ : فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَوَتُحِبِّينَ ذَلِكَ ؟ فَقُلْتُ : نَعَمْ ، لَسْتُ لَكَ بِمُخْلِيَةٍ ، وَأَحَبُّ مَنْ يُشَارِكُنِي فِي خَيْرٍ أُخْتِي ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ أُخْتَكِ لاَ تَحِلُّ لِي ، فَقُلْتُ : وَاللَّهِ يَا رَسُولَ اللهِ ، إِنَّا لَنَتَحَدَّثُ أَنَّكَ تُرِيدُ أَنْ تَنْكِحَ دُرَّةَ بِنْتَ أَبِي سَلَمَةَ ، فَقَالَ : بِنْتُ أُمِّ سَلَمَةَ ؟ فَقُلْتُ : نَعَمْ ، فَقَالَ : وَاللَّهِ لَوْلاَ أَنَّهَا رَبِيبَتِي فِي حَجْرِي مَا حَلَّتْ لِي ، إِنَّهَا لاَبْنَةُ أَخِي مِنَ الرَّضَاعَةِ ، أَرْضَعَتْنِي وَأَبَا سَلَمَةَ ثُوَيْبَةُ ، فَلاَ تَعْرِضْنَ عَلَيَّ بَنَاتِكُنَّ وَلاَ أَخَوَاتِكُنَّ.

“Rəvayət edilir ki, Ummu Həbibə bint Əbu Süfyan ﵄ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, Əbu Süfyanın qızı və mənim bacım ilə evlən”. Allah Elçisi ﷺ buyurdu: “Sən buna razısan?” Mən dedim: “Bəli, onsuz da sənin zövcən olmaqda şəriksiz deyiləm, bu xeyirdə bir şərikim də bacım olar”. Allah Elçisi ﷺ buyurdu: “Sənin bacın mənə halal deyil”. Mən dedim: “Allaha and olsun, ey Allahın Elçisi! Biz öz aramızda danışırıq ki, sən Durra bint Əbu Sələmə ilə evlənmək istəyirmişsən”. O dedi: “Ummu Sələmənin qızı ilə?” Mən: “Bəli”, - dedim. Allah Elçisi ﷺ buyurdu: “Allaha and olsun ki, Ummu Sələmənin qızı mənim himayəm altında olan ögey qızımdır. Onunla evlənmək mənə halal deyil. Üstəlik, mənim süd qardaşımın qızıdır. Məni və Əbu Sələməni Suveybə əmizdirmişdir. Bundan sonra heç vaxt mənə qızlarınızı və bacılarınızı təklif etməyin”.”

Ummu Həbibə bint Əbu Süfyan
Səhih

İstinad

Nəsəi, 3284 (Nikah, 89)

Sunən ən-Nəsəi — Nikah kitabı