Ana və qızı ilə evlənməyin haram olması
أَخْبَرَنَا وَهْبُ بْنُ بَيَانٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، أَنَّ عُرْوَةَ بْنَ الزُّبَيْرِ ، حَدَّثَهُ عَنْ زَيْنَبَ بِنْتِ أَبِي سَلَمَةَ ، أَنَّ أُمَّ حَبِيبَةَ ، زَوْجَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَتْ : يَا رَسُولَ اللهِ ، أَنْكِحْ بِنْتَ أَبِي - تَعْنِي أُخْتَهَا - فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : وَتُحِبِّينَ ذَلِكِ ؟ قَالَتْ : نَعَمْ ، لَسْتُ لَكَ بِمُخْلِيَةٍ ، وَأَحَبُّ مَنْ شَرِكَتْنِي فِي خَيْرٍ أُخْتِي ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ ذَلِكَ لاَ يَحِلُّ قَالَتْ أُمُّ حَبِيبَةَ : يَا رَسُولَ اللهِ ، وَاللَّهِ لَقَدْ تَحَدَّثْنَا أَنَّكَ تَنْكِحُ دُرَّةَ بِنْتَ أَبِي سَلَمَةَ ، فَقَالَ : بِنْتُ أُمِّ سَلَمَةَ ؟ قَالَتْ أُمُّ حَبِيبَةَ : نَعَمْ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : فَوَاللَّهِ لَوْ أَنَّهَا لَمْ تَكُنْ رَبِيبَتِي فِي حَجْرِي مَا حَلَّتْ ، إِنَّهَا لاَبْنَةُ أَخِي مِنَ الرَّضَاعَةِ ، أَرْضَعَتْنِي وَأَبَا سَلَمَةَ ثُوَيْبَةُ ، فَلاَ تَعْرِضْنَ عَلَيَّ بَنَاتِكُنَّ وَلاَ أَخَوَاتِكُنَّ.
“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Ummu Həbibə ﵂ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, atamın qızı, yəni mənim bacımla da evlən”. Allah Elçisi ﷺ buyurdu: “Sən buna razısan?” Mən dedim: “Bəli, onsuz da sənin zövcən olmaqda şəriksiz deyiləm, bu xeyirdə bir şərikim də bacım olar”. Allah Elçisi ﷺ buyurdu: “O mənə halal deyil”. Mən dedim: “Ey Allahın Elçisi! Allaha and olsun ki, biz öz aramızda danışırıq ki, sən Durra bint Əbu Sələmə ilə evlənmək istəyirmişsən”. O dedi: “Ummu Sələmənin qızı ilə?” Mən: “Bəli”, - dedim. Allah Elçisi ﷺ buyurdu: “Allaha and olsun ki, Ummu Sələmənin qızı mənim himayəm altında olan ögey qızım olmasaydı belə, yenə də onunla evlənmək mənə halal olmazdı, çünki o mənim süd qardaşımın qızıdır. Məni və Əbu Sələməni Suveybə əmizdirmişdir. Bundan sonra heç vaxt mənə qızlarınızı və bacılarınızı təklif etməyin”.”
İstinad
Nəsəi, 3285 (Nikah, 90)
Sunən ən-Nəsəi — Nikah kitabı