Süd atalığı haqda
أَخْبَرَنِي إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي عَطَاءٌ ، عَنْ عُرْوَةَ ، أَنَّ عَائِشَةَ ، قَالَتْ : جَاءَ عَمِّي أَبُو الْجَعْدِ مِنَ الرَّضَاعَةِ ، فَرَدَدْتُهُ - قَالَ : وَقَالَ هِشَامٌ : هُوَ أَبُو الْقُعَيْسِ - فَجَاءَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَخْبَرْتُهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : ائْذَنِي لَهُ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mənim süd əmim Əbul-Cəd gəldikdə onun evə girməsinə icazə vermədim”. (Ravi Hişam deyir ki: “Bu, Əbul-Quaysdır”). Allah Elçisi ﷺ gəldikdə məsələni ona danışdım. O buyurdu: “Onun evə girməsinə izin verə bilərsən”.”
İstinad
Nəsəi, 3314 (Nikah, 119)
Sunən ən-Nəsəi — Nikah kitabı