Nikah kitabı

Süd atalığı haqda

أَخْبَرَنَا عَبْدُ الْوَارِثِ بْنُ عَبْدِ الصَّمَدِ بْنِ عَبْدِ الْوَارِثِ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ أَيُّوبَ ، عَنْ وَهْبِ بْنِ كَيْسَانَ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ : أَنَّ أَخَا أَبِي الْقُعَيْسِ اسْتَأْذَنَ عَلَى عَائِشَةَ بَعْدَ آيَةِ الْحِجَابِ فَأَبَتْ أَنْ تَأْذَنَ لَهُ ، فَذُكِرَ ذَلِكَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : ائْذَنِي لَهُ فَإِنَّهُ عَمُّكِ فَقُلْتُ : إِنَّمَا أَرْضَعَتْنِي الْمَرْأَةُ وَلَمْ يُرْضِعْنِي الرَّجُلُ ، فَقَالَ : إِنَّهُ عَمُّكِ ، فَلْيَلِجْ عَلَيْكِ.

“Aişə ﵂ rəvayət edir ki, hicab ayəsi nazil olduqdan sonra Əbul-Quaysın qardaşı Aişənin yanına gəlmək üçün izin istədi, lakin Aişə ona izin vermədi. Bu hadisə Allah Elçisinə ﷺ xəbər verildikdə o buyurdu: “Onun evə girməsinə izin ver, çünki o sənin əmindir”. Aişə dedi: “Axı, məni o deyil, qadın əmizdirib”. Allah Elçisi ﷺ buyurdu: “O sənin əmindir, onun evə girməsinə izin ver!””

Aişə
Səhih

İstinad

Nəsəi, 3315 (Nikah, 120)

Sunən ən-Nəsəi — Nikah kitabı