Süd atalığı haqda
أَخْبَرَنَا عَبْدُ الْجَبَّارِ بْنُ الْعَلاَءِ ، عَنْ سُفْيَانَ ، عَنِ الزُّهْرِيِّ ، وَهِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : اسْتَأْذَنَ عَلَيَّ عَمِّي أَفْلَحُ بَعْدَمَا نَزَلَ الْحِجَابُ ، فَلَمْ آذَنْ لَهُ ، فَأَتَانِي النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَسَأَلْتُهُ ، فَقَالَ : ائْذَنِي لَهُ فَإِنَّهُ عَمُّكِ قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّمَا أَرْضَعَتْنِي الْمَرْأَةُ وَلَمْ يُرْضِعْنِي الرَّجُلُ ، قَالَ : ائْذَنِي لَهُ ، تَرِبَتْ يَمِينُكِ فَإِنَّهُ عَمُّكِ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə mənim süd əmim Əfləh hicab ayəsi nazil olduqdan sonra yanıma gəlmək üçün izin istədi. Mən də ona evə girməyə izin vermədim. Peyğəmbər ﷺ gəldikdə məsələni ona danışdım. O buyurdu: “Onun evə girməsinə izin ver, çünki o sənin əmindir”. Aişə deyir: “Axı, məni kişi deyil, qadın əmizdirib”. Peyğəmbər ﷺ buyurdu: “Əlin torpağa möhtac qalsın! Onun evə girməsinə icazə ver, çünki o sənin əmindir”.”
İstinad
Nəsəi, 3317 (Nikah, 122)
Sunən ən-Nəsəi — Nikah kitabı