Süd atalığı haqda
أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ بْنِ دَاوُدَ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَسْوَدِ ، وَإِسْحَقُ بْنُ بَكْرٍ ، قَالاَ : حَدَّثَنَا بَكْرُ بْنُ مُضَرَ ، عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ ، عَنْ عِرَاكِ بْنِ مَالِكٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : جَاءَ أَفْلَحُ أَخُو أَبِي الْقُعَيْسِ يَسْتَأْذِنُ ، فَقُلْتُ : لاَ آذَنُ لَهُ حَتَّى أَسْتَأْذِنَ نَبِيَّ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَلَمَّا جَاءَ نَبِيُّ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قُلْتُ لَهُ : جَاءَ أَفْلَحُ أَخُو أَبِي الْقُعَيْسِ يَسْتَأْذِنُ ، فَأَبَيْتُ أَنْ آذَنَ لَهُ ، فَقَالَ : ائْذَنِي لَهُ فَإِنَّهُ عَمُّكِ قُلْتُ : إِنَّمَا أَرْضَعَتْنِي امْرَأَةُ أَبِي الْقُعَيْسِ وَلَمْ يُرْضِعْنِي الرَّجُلُ ، قَالَ : ائْذَنِي لَهُ فَإِنَّهُ عَمُّكِ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə Əbul-Quaysın qardaşı Əfləh yanıma gəlmək üçün izin istədi. Mən dedim: “Mən Allahın Peyğəmbərindən ﷺ izin almayana qədər ona izin verə bilmərəm”. Allahın Peyğəmbəri ﷺ gəldikdə ona dedim: “Əbul-Quaysın qardaşı Əfləh yanıma gəlmək üçün izin istədi. Mən də bundan uzaq durdum”. Allah Elçisi ﷺ buyurdu: “Onun evə girməsinə izin ver, çünki o sənin əmindir”. Mən dedim: “Axı, məni kişi deyil, Əbul-Quaysın zövcəsi əmizdirib”. Allah Elçisi ﷺ buyurdu: “Onun evə girməsinə izin ver, çünki o sənin əmindir”.”
İstinad
Nəsəi, 3318 (Nikah, 123)
Sunən ən-Nəsəi — Nikah kitabı