Nikah kitabı

Böyük adamın süd əmməsi haqda

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي مَخْرَمَةُ بْنُ بُكَيْرٍ ، عَنْ أَبِيهِ ، قَالَ : سَمِعْتُ حُمَيْدَ بْنَ نَافِعٍ ، يَقُولُ : سَمِعْتُ زَيْنَبَ بِنْتَ أَبِي سَلَمَةَ ، تَقُولُ : سَمِعْتُ عَائِشَةَ ، زَوْجَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ تَقُولُ : جَاءَتْ سَهْلَةُ بِنْتُ سُهَيْلٍ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنِّي لأَرَى فِي وَجْهِ أَبِي حُذَيْفَةَ مِنْ دُخُولِ سَالِمٍ عَلَيَّ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَرْضِعِيهِ قُلْتُ : إِنَّهُ لَذُو لِحْيَةٍ ، فَقَالَ : أَرْضِعِيهِ يَذْهَبْ مَا فِي وَجْهِ أَبِي حُذَيْفَةَ قَالَتْ : وَاللَّهِ مَا عَرَفْتُهُ فِي وَجْهِ أَبِي حُذَيْفَةَ بَعْدُ.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Bir dəfə Səhlə bint Suheyl Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, oğulluğa götürdüyüm Səlim mənim yanıma gəldikdə ərim Əbu Huzeyfənin üzündə qəzəb hissi görürəm”. Allah Elçisi ﷺ buyurdu: “Onu əmizdir!” Səhlə dedi: “Axı o, saqqalı olan bir gəncdir”. Allah Elçisi ﷺ buyurdu: “Onu əmizdir, Əbu Huzeyfənin qəzəbi yox olacaq”. Səhlə deyir: “Allaha and olsun, onu əmizdirəndən sonra Əbu Huzeyfənin üzündə qəzəb hissini görmədim”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 3319 (Nikah, 124)

Sunən ən-Nəsəi — Nikah kitabı