Nikah kitabı

Böyük adamın süd əmməsi haqda

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : سَمِعْنَاهُ مِنْ عَبْدِ الرَّحْمَنِ وَهُوَ ابْنُ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : جَاءَتْ سَهْلَةُ بِنْتُ سُهَيْلٍ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَتْ : إِنِّي أَرَى فِي وَجْهِ أَبِي حُذَيْفَةَ مِنْ دُخُولِ سَالِمٍ عَلَيَّ ، قَالَ : فَأَرْضِعِيهِ قَالَتْ : وَكَيْفَ أُرْضِعُهُ وَهُوَ رَجُلٌ كَبِيرٌ ؟ فَقَالَ : أَلَسْتُ أَعْلَمُ أَنَّهُ رَجُلٌ كَبِيرٌ ، ثُمَّ جَاءَتْ بَعْدُ فَقَالَتْ : وَالَّذِي بَعَثَكَ بِالْحَقِّ نَبِيًّا ، مَا رَأَيْتُ فِي وَجْهِ أَبِي حُذَيْفَةَ بَعْدُ شَيْئًا أَكْرَهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə Səhlə bint Suheyl Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, (oğulluğa götürdüyüm) Səlim mənim yanıma gəldikdə ərim Əbu Huzeyfənin üzündə qəzəb hissi görürəm”. Allah Elçisi ﷺ buyurdu: “Onu əmizdir!” Səhlə dedi: “Onu necə əmizdirim, axı o yekə kişidir”. Allah Elçisi ﷺ buyurdu: “Məgər mən onun böyük olduğunu bilmirəm?!” Sonra bir dəfə Səhlə gəldikdə dedi: “Səni haqq ilə göndərənə and olsun ki, bundan sonra Əbu Huzeyfənin üzündə heç bir şeyə görə qəzəb hissinin olduğunu görmədim”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 3320 (Nikah, 125)

Sunən ən-Nəsəi — Nikah kitabı