Nikah kitabı

Qurandan bir surəni (öyrətmək şərti ilə) evlənmək haqda

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ سَهْلِ بْنِ سَعْدٍ : أَنَّ امْرَأَةً جَاءَتْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، جِئْتُ لأَهَبَ نَفْسِي لَكَ ، فَنَظَرَ إِلَيْهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَصَعَّدَ النَّظَرَ إِلَيْهَا وَصَوَّبَهُ ، ثُمَّ طَأْطَأَ رَأْسَهُ ، فَلَمَّا رَأَتِ الْمَرْأَةُ أَنَّهُ لَمْ يَقْضِ فِيهَا شَيْئًا ، جَلَسَتْ ، فَقَامَ رَجُلٌ مِنْ أَصْحَابِهِ ، فَقَالَ : أَيْ رَسُولَ اللهِ ، إِنْ لَمْ يَكُنْ لَكَ بِهَا حَاجَةٌ فَزَوِّجْنِيهَا ، قَالَ : هَلْ عِنْدَكَ مِنْ شَيْءٍ ؟ فَقَالَ : لاَ ، وَاللَّهِ مَا وَجَدْتُ شَيْئًا ، فَقَالَ : انْظُرْ ، وَلَوْ خَاتَمًا مِنْ حَدِيدٍ فَذَهَبَ ، ثُمَّ رَجَعَ فَقَالَ : لاَ وَاللَّهِ يَا رَسُولَ اللهِ ، وَلاَ خَاتَمًا مِنْ حَدِيدٍ ، وَلَكِنْ هَذَا إِزَارِي - قَالَ سَهْلٌ : مَا لَهُ رِدَاءٌ - فَلَهَا نِصْفُهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَا تَصْنَعُ بِإِزَارِكَ ، إِنْ لَبِسْتَهُ لَمْ يَكُنْ عَلَيْهَا مِنْهُ شَيْءٌ ، وَإِنْ لَبِسَتْهُ لَمْ يَكُنْ عَلَيْكَ مِنْهُ شَيْءٌ فَجَلَسَ الرَّجُلُ حَتَّى طَالَ مَجْلِسُهُ ، ثُمَّ قَامَ ، فَرَآهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مُوَلِّيًا ، فَأَمَرَ بِهِ ، فَدُعِيَ ، فَلَمَّا جَاءَ قَالَ : مَاذَا مَعَكَ مِنَ الْقُرْآنِ ؟ قَالَ : مَعِي سُورَةُ كَذَا وَسُورَةُ كَذَا ، عَدَّدَهَا ، فَقَالَ : هَلْ تَقْرَؤُهُنَّ عَنْ ظَهْرِ قَلْبٍ ؟ قَالَ : نَعَمْ ، قَالَ : مَلَّكْتُكَهَا بِمَا مَعَكَ مِنَ الْقُرْآنِ.

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Bir dəfə bir qadın Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mən özümü sənə təqdim edirəm” Allah Elçisi ﷺ ona baxıb başını aşağı saldı. Qadın bu arada Allah Elçisinin ﷺ heç bir cavab vermədiyini görüb oturdu. Səhabələrdən bir kişi ayağa durub dedi: “Ey Allahın Elçisi, əgər sənin bu qadına ehtiyacın yoxdursa, onu mənimlə evləndir!” Allah Elçisi ﷺ buyurdu: “Sənin mehr verməyə bir malın var?” Kişi dedi: “Xeyr, Allaha and olsun ki, heç bir şey tapa bilmədim”. Allah Elçisi ﷺ buyurdu: “Bax gör, dəmir bir halqa olsa belə, tapsan, gətir!” Kişi getdi, sonra gəlib dedi: “Allaha and olsun, ey Allahın Elçisi! Bir dəmir üzük belə tapa bilmədim, amma əynimdə bu izarım var, onun yarısını verə bilərəm”. “Səhl deyir: “O səhabənin heç ridası yox idi. Sadəcə beldən aşağısını örtən bir izarı var idi. Onun da yarısını mehr olaraq qadına verəcəkdi. Allah Elçisi ﷺ buyurdu: “Aydındır, amma onu qadına versən, sən çılpaq qalacaqsan, geyinsən, o qadına heç nə vermiş sayılmırsan”. Belə olduqda o adam yerə oturdu, sonra isə bir çarə tapa bilməyib çıxıb getdi. Allah Elçisi ﷺ onun kədərli halını gördükdə onu çağırtdırdı. Adam gəldikdə Allah Elçisi ﷺ buyurdu: “Qurandan bildiyin bir şey varmı?” Kişi dedi: “Bəli, filan və filan surələri əzbər bilirəm”. Allah Elçisi ﷺ buyurdu: “Onları əzbər oxuya bilərsənmi?” O: Bəli”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Əzbər bildiyin bu surələri bu qadına öyrətməyini mehr olaraq qəbul edib səni onunla evləndirirəm”.”

Səhl ibn Səd
Səhih

İstinad

Nəsəi, 3339 (Nikah, 144)

Sunən ən-Nəsəi — Nikah kitabı