Nikah kitabı

İslamda olan evlilik

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُوسَى ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبْدِ اللهِ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ أَنَسٍ ، قَالَ : تَزَوَّجَ أَبُو طَلْحَةَ أُمَّ سُلَيْمٍ ، فَكَانَ صِدَاقُ مَا بَيْنَهُمَا الإِسْلاَمَ ، أَسْلَمَتْ أُمُّ سُلَيْمٍ قَبْلَ أَبِي طَلْحَةَ ، فَخَطَبَهَا ، فَقَالَتْ : إِنِّي قَدْ أَسْلَمْتُ ، فَإِنْ أَسْلَمْتَ نَكَحْتُكَ ، فَأَسْلَمَ فَكَانَ صِدَاقَ مَا بَيْنَهُمَا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Əbu Təlhə Ummu Suleym ilə evləndi. Aralarında olan mehr isə İslam idi. Ummu Suleym Əbu Təlhədən qabaq müsəlman olmuşdu. Əbu Təlhə Ummu Suleymlə evlənmək istədikdə Ummu Suleym demişdi: “Mən artıq müsəlman olmuşam. Sən də müsəlman olsan, səninlə evlənərəm”. Belə olduqda Əbu Təlhə də müsəlman oldu və aralarındakı mehr İslam sayıldı”.”

Ənəs
Səhih

İstinad

Nəsəi, 3340 (Nikah, 145)

Sunən ən-Nəsəi — Nikah kitabı