Mehr vermədən evlənmək
أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا أَبُو سَعِيدٍ عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللهِ ، عَنْ زَائِدَةَ بْنِ قُدَامَةَ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، وَالأَسْوَدِ ، قَالاَ : أُتِيَ عَبْدُ اللهِ فِي رَجُلٍ تَزَوَّجَ امْرَأَةً وَلَمْ يَفْرِضْ لَهَا ، فَتُوُفِّيَ قَبْلَ أَنْ يَدْخُلَ بِهَا ، فَقَالَ عَبْدُ اللهِ : سَلُوا هَلْ تَجِدُونَ فِيهَا أَثَرًا ؟ قَالُوا : يَا أَبَا عَبْدِ الرَّحْمَنِ ، مَا نَجِدُ فِيهَا - يَعْنِي أَثَرًا - قَالَ : أَقُولُ بِرَأْيِي فَإِنْ كَانَ صَوَابًا فَمِنَ اللهِ ، لَهَا كَمَهْرِ نِسَائِهَا ، لاَ وَكْسَ وَلاَ شَطَطَ ، وَلَهَا الْمِيرَاثُ ، وَعَلَيْهَا الْعِدَّةُ ، فَقَامَ رَجُلٌ ، مَنْ أَشْجَعَ ، فَقَالَ : فِي مِثْلِ هَذَا قَضَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِينَا ، فِي امْرَأَةٍ يُقَالُ لَهَا بَرْوَعُ بِنْتُ وَاشِقٍ تَزَوَّجَتْ رَجُلاً ، فَمَاتَ قَبْلَ أَنْ يَدْخُلَ بِهَا ، فَقَضَى لَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِمِثْلِ صَدَاقِ نِسَائِهَا ، وَلَهَا الْمِيرَاثُ ، وَعَلَيْهَا الْعِدَّةُ فَرَفَعَ عَبْدُ اللهِ يَدَيْهِ وَكَبَّرَ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : لاَ أَعْلَمُ أَحَدًا قَالَ فِي هَذَا الْحَدِيثِ الأَسْوَدُ ، غَيْرَ زَائِدَةَ.
“Rəvayət edilir ki, Alqamə və əl-Əsvəd ﵀ demişdir: “Abdullah ibn Məsudun yanına heç bir mehr vermədən bir qadınla evlənən bir kişi gəldi, lakin bir yerdə ailə həyatı yaşamadan vəfat edən bir adam haqda fətva istəyirdilər. Abdullah dedi: “Soruşun, görün ki, o qadında hamiləlik əlaməti varmı?” Onlar dedilər: “Ey Əbu Abdur-Rahmən, biz onda belə bir əlamət görmədik”. Abdullah dedi: “Mən öz rəyimi söyləyirəm, əgər doğrudursa, bu, Allahdandır. O qadına onun kimi qadınlara verilən mehr düşür. Bu miqdarı az da vermək olmaz, çox da vermək olmaz. Ərindən miras payı düşür və iddə müddətini gözləməsi lazımdır”. Əşcəa tayfasından bir kişi ayağa durub dedi: “Belə bir hadisədə Allah Elçisi ﷺ eyni hökmü vermişdi. Belə ki, Bərva bint Vaşiq adlı bir qadın bir kişi ilə evlənmiş, lakin ailə həyatı yaşamadan (əri) vəfat etmişdi. Allah Elçisi ﷺ o qadına onun halında olan qadınların mehri qədər mehr almasını və iddə müddətini gözləməsini əmr etmişdi”. Abdullah əllərini qaldırıb təkbir etdi”.”
İstinad
Nəsəi, 3354 (Nikah, 159)
Sunən ən-Nəsəi — Nikah kitabı