Nikah kitabı

Mehr vermədən evlənmək

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، أَنَّهُ أُتِيَ فِي امْرَأَةٍ تَزَوَّجَهَا رَجُلٌ ، فَمَاتَ عَنْهَا وَلَمْ يَفْرِضْ لَهَا صَدَاقًا ، وَلَمْ يَدْخُلْ بِهَا ، فَاخْتَلَفُوا إِلَيْهِ قَرِيبًا مِنْ شَهْرٍ لاَ يُفْتِيهِمْ ، ثُمَّ قَالَ : أَرَى لَهَا صَدَاقَ نِسَائِهَا ، لاَ وَكْسَ وَلاَ شَطَطَ ، وَلَهَا الْمِيرَاثُ ، وَعَلَيْهَا الْعِدَّةُ ، فَشَهِدَ مَعْقِلُ بْنُ سِنَانٍ الأَشْجَعِيُّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَضَى فِي بَرْوَعَ بِنْتِ وَاشِقٍ بِمِثْلِ مَا قَضَيْتَ.

“Alqamə ﵀ rəvayət edir ki, bir dəfə bir kişi ilə mehr qərarlaşdırılmadan evlənən, lakin ailə həyatı yaşamadan bu kişinin vəfat edən zövcəsi haqqında fətva soruşdular. Onlar bir aya yaxın gəlib-getdilər. Sonda Abdullah dedi: “Bu mənim şəxsi rəyimdir. O qadına onun halında olan qadınlara verilən qədər mehr verilməli, nə az, nə də çox olmalı, ərinin mal-dövlətinə varis olmalı və iddə müddətini gözləməlidir”. Məqil ibn Sinan əl-Əşcəi də Allah Elçisinin ﷺ Bərva bint Vaşiq haqda eyni hökmü verdiyinə şahidlik etdi.”

Alqamə
Səhih

İstinad

Nəsəi, 3355 (Nikah, 160)

Sunən ən-Nəsəi — Nikah kitabı