Mehr vermədən evlənmək
أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنْ دَاوُدَ بْنِ أَبِي هِنْدٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، أَنَّهُ أَتَاهُ قَوْمٌ فَقَالُوا : إِنَّ رَجُلاً مِنَّا تَزَوَّجَ امْرَأَةً وَلَمْ يَفْرِضْ لَهَا صَدَاقًا ، وَلَمْ يَجْمَعْهَا إِلَيْهِ حَتَّى مَاتَ ، فَقَالَ عَبْدُ اللهِ : مَا سُئِلْتُ مُنْذُ فَارَقْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَشَدَّ عَلَيَّ مِنْ هَذِهِ ، فَأْتُوا غَيْرِي ، فَاخْتَلَفُوا إِلَيْهِ فِيهَا شَهْرًا ، ثُمَّ قَالُوا لَهُ فِي آخِرِ ذَلِكَ : مَنْ نَسْأَلُ إِنْ لَمْ نَسْأَلْكَ ، وَأَنْتَ مِنْ جِلَّةِ أَصْحَابِ مُحَمَّدٍ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِهَذَا الْبَلَدِ وَلاَ نَجِدُ غَيْرَكَ ؟ قَالَ : سَأَقُولُ فِيهَا بِجَهْدِ رَأْيِي ، فَإِنْ كَانَ صَوَابًا فَمِنَ اللهِ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، وَإِنْ كَانَ خَطَأً فَمِنِّي وَمِنَ الشَّيْطَانِ وَاللَّهُ وَرَسُولُهُ مِنْهُ بُرَآءُ ، أُرَى أَنْ أَجْعَلَ لَهَا صَدَاقَ نِسَائِهَا ، لاَ وَكْسَ وَلاَ شَطَطَ ، وَلَهَا الْمِيرَاثُ ، وَعَلَيْهَا الْعِدَّةُ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا ، قَالَ : وَذَلِكَ بِسَمْعِ أُنَاسٍ مَنْ أَشْجَعَ ، فَقَامُوا فَقَالُوا : نَشْهَدُ أَنَّكَ قَضَيْتَ بِمَا قَضَى بِهِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي امْرَأَةٍ مِنَّا يُقَالُ لَهَا : بَرْوَعُ بِنْتُ وَاشِقٍ قَالَ : فَمَا رُئِيَ عَبْدُ اللهِ فَرِحَ ، فَرْحَةً يَوْمَئِذٍ إِلاَّ بِإِسْلاَمِهِ.
“Alqamə ﵀ rəvayət edir ki, bir dəfə bir camaat Abdullahın yanına gəlib dedi: “Bizdən bir kişi mehr vermədən bir qadınla evləndi, lakin ailə yaxınlığı etmədən vəfat etdi. Abdullah dedi: “Allah Elçisi ﷺ bizdən ayrıldıqdan sonra mənə belə çətin sual verilməmişdi. Gedin başqasından soruşun!” Lakin onlar bir ay gedib-gələrək bu məsələ haqda sual verdilər. Son dəfə gələndə dedilər: “Sən Allah Elçisinin ﷺ bizim bu şəhərdə yaşayan səhabələrindən ən böyüyüsən, səndən başqasını tapa bilmirik”. Abdullah dedi: “Mən öz rəyimi söyləyəcəyəm. Əgər doğrudursa, bu, Tək olan və şəriki olmayan Allahdandır. Əgər xəta edirəmsə, bu məndən və şeytandandır. Allah və Onun Elçisi ﷺ bu xətadan uzaqdır. Mənim rəyim budur: O qadına onun kimi qadınlara verilən mehr verilməlidir. Bu nə az olmalıdır, nə də çox. Həmçinin ona ərindən miras payı verilməli və dörd ay on gün iddə müddətini gözləməlidir”. Ravi deyir: “Bu hadisə Əşcəa tayfasından olan insanlar arasında baş vermişdi. Onlar Abdullahın dediyini eşitdilər və ayağa durub dedilər: “Biz şahidlik edirik ki, Allah Elçisi ﷺ bizdən olan Bərva bint Vaşiq adlı qadına da eyni hökmü vermişdi”. Abdullah əllərini qaldırıb təkbir etdi”. Abdullah rəyinin düzgün olduğuna çox sevindi. O, müsəlman olduğu gündə də eyni şəkildə sevinmişdi”.”
İstinad
Nəsəi, 3358 (Nikah, 163)
Sunən ən-Nəsəi — Nikah kitabı