Qadının mehr istəmədən özünü bir kişiyə təqdim etməsi
أَخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مَعْنٌ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ سَهْلِ بْنِ سَعْدٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ جَاءَتْهُ امْرَأَةٌ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنِّي قَدْ وَهَبْتُ نَفْسِي لَكَ ، فَقَامَتْ قِيَامًا طَوِيلاً ، فَقَامَ رَجُلٌ ، فَقَالَ : زَوِّجْنِيهَا إِنْ لَمْ يَكُنْ لَكَ بِهَا حَاجَةٌ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : هَلْ عِنْدَكَ شَيْءٌ ؟ قَالَ : مَا أَجِدُ شَيْئًا ، قَالَ : الْتَمِسْ وَلَوْ خَاتَمًا مِنْ حَدِيدٍ فَالْتَمَسَ ، فَلَمْ يَجِدْ شَيْئًا ، فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : هَلْ مَعَكَ مِنَ الْقُرْآنِ شَيْءٌ ؟ قَالَ : نَعَمْ ، سُورَةُ كَذَا وَسُورَةُ كَذَا ، لِسُوَرٍ سَمَّاهَا ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : قَدْ زَوَّجْتُكَهَا عَلَى مَا مَعَكَ مِنَ الْقُرْآنِ.
“Səhl ibn Səd ﵁ rəvayət edir ki, bir dəfə bir qadın Allah Elçisinin yanına gəlib dedi: “Ey Allahın Elçisi, mən özümü sənə təqdim edirəm”. Sonra o qadın bir qədər gözlədi. Bu vaxt bir kişi ayağa durub dedi: “Əgər sənin bu qadına ehtiyacın yoxdursa, onu mənimlə evləndir!” Allah Elçisi ﷺ buyurdu: “Sənin mehr verməyə bir malın var?” Kişi dedi: “Mənim heç nəyim yoxdur”. Allah Elçisi ﷺ buyurdu: “Bax gör, dəmir bir halqa olsa belə, tapsan, gətir!” Kişi bir şey tapa bilmədi. Allah Elçisi ﷺ ona buyurdu: “Qurandan bildiyin bir şey varmı?” Kişi: “Bəli, filan və filan surələri bilirəm”, - dedi və surələri saymağa başladı. Allah Elçisi ﷺ buyurdu: “Bildiyin bu surələri (bu qadına öyrətməyini) mehr olaraq qəbul edib səni bu qadınla evləndirirəm”.”
İstinad
Nəsəi, 3359 (Nikah, 164)
Sunən ən-Nəsəi — Nikah kitabı