Kişilərin qadınları boşamaları üçün Allahın ﷿ əmr etdiyi iddə müddəti
أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ السَّرْخَسِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ الْقَطَّانُ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، قَالَ : أَخْبَرَنِي نَافِعٌ ، عَنْ عَبْدِ اللهِ : أَنَّهُ طَلَّقَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ ، فَاسْتَفْتَى عُمَرُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنَّ عَبْدَ اللهِ طَلَّقَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ ، فَقَالَ : مُرْ عَبْدَ اللهِ فَلْيُرَاجِعْهَا ، ثُمَّ يَدَعْهَا حَتَّى تَطْهُرَ مِنْ حَيْضَتِهَا هَذِهِ ، ثُمَّ تَحِيضَ حَيْضَةً أُخْرَى ، فَإِذَا طَهُرَتْ فَإِنْ شَاءَ فَلْيُفَارِقْهَا قَبْلَ أَنْ يُجَامِعَهَا ، وَإِنْ شَاءَ فَلْيُمْسِكْهَا ، فَإِنَّهَا الْعِدَّةُ الَّتِي أَمَرَ اللَّهُ عَزَّ وَجَلَّ أَنْ تُطَلَّقَ لَهَا النِّسَاءُ.
“Rəvayət edilir ki, Abdullah ﵁ zövcəsi heyzli halda olduqda onu boşadı. Ömər bunu Allah Elçisindən ﷺ soruşdu və dedi: “Abdullah zövcəsi heyzli halda olanda onu boşadı”. Allah Elçisi ﷺ buyurdu: “Abdullaha əmr et ki, zövcəsini qaytarsın və zövcəsi heyz halından təmizlənənə qədər gözləsin, istəsə, ikinci heyzdən təmizləndikdən sonra onunla cinsi yaxınlıq etmədən onu boşasın, istəsə də, ailə həyatını davam etdirsin. Bu, qadınların iki dəfə heyz olduqda təmizləndikdən sonra kişilərin qadınları boşamaları üçün Allahın ﷿ əmr etdiyi iddə müddətidir”.”
İstinad
Nəsəi, 3389 (Talaq, 1)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı