Talaq (boşanma) kitabı

Kişilərin qadınları boşamaları üçün Allahın ﷿ əmr etdiyi iddə müddəti

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ : أَنَّهُ طَلَّقَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ فِي عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَسَأَلَ عُمَرُ بْنُ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ ذَلِكَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مُرْهُ فَلْيُرَاجِعْهَا ، ثُمَّ لِيُمْسِكْهَا حَتَّى تَطْهُرَ ، ثُمَّ تَحِيضَ ، ثُمَّ تَطْهُرَ ، ثُمَّ إِنْ شَاءَ أَمْسَكَ بَعْدُ ، وَإِنْ شَاءَ طَلَّقَ قَبْلَ أَنْ يَمَسَّ ، فَتِلْكَ الْعِدَّةُ الَّتِي أَمَرَ اللَّهُ عَزَّ وَجَلَّ أَنْ تُطَلَّقَ لَهَا النِّسَاءُ.

“Abdullah ﵁ rəvayət edir ki, o, Allah Elçisinin ﷺ dövründə zövcəsi heyzli halda olduqda onu boşamışdı. Ömər ibn əl-Xattab ﵁ da bu haqda Allah Elçisindən ﷺ soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Ona əmr et ki, zövcəsini qaytarsın və zövcəsi ikinci dəfə heyz halı olub təmizlənənə qədər onunla yaşasın. Sonra istəsə, onu yanında saxlasın və ailə həyatını davam etdirsin. İstəsə, bu müddət ərzində zövcəsi ilə cinsi yaxınlıq etmədən onu boşasın. Bu, qadınların iki dəfə heyz olub təmizləndikdən sonra kişilərin qadınları boşamaları üçün Allahın ﷿ əmr etdiyi iddə müddətidir”.”

İbn Ömər
Səhih

İstinad

Nəsəi, 3390 (Talaq, 2)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı