Talaq (boşanma) kitabı

İddə müddəti olmadan boşama bir talaq sayılır

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ أَيُّوبَ ، عَنْ مُحَمَّدٍ ، عَنْ يُونُسَ بْنِ جُبَيْرٍ ، قَالَ : سَأَلْتُ ابْنَ عُمَرَ ، عَنْ رَجُلٍ طَلَّقَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ ، فَقَالَ : هَلْ تَعْرِفُ عَبْدَ اللهِ بْنَ عُمَرَ ، فَإِنَّهُ طَلَّقَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ ، فَسَأَلَ عُمَرُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَمَرَهُ أَنْ يُرَاجِعَهَا ، ثُمَّ يَسْتَقْبِلَ عِدَّتَهَا فَقُلْتُ لَهُ : فَيَعْتَدُّ بِتِلْكَ التَّطْلِيقَةِ ، فَقَالَ : مَهْ ، أَرَأَيْتَ إِنْ عَجَزَ وَاسْتَحْمَقَ.

“Rəvayət edilir ki, Yunus ibn Cubeyr ﵀ demişdir: “Mən İbn Ömərdən zövcəsi heyzli halda olduqda onu boşayan kişi haqda soruşdum. O dedi: “Abdullah ibn Öməri tanımırsanmı? O, zövcəsini heyzli olanda boşamışdı. Atası Ömər bunu Peyğəmbərdən ﷺ soruşdu. Peyğəmbər ﷺ zövcəsini qaytarmasını və iddə müddətini gözləməsini əmr etdi”. Mən ona dedim: “Bu bir talaq sayılırmı?” O dedi: “Dayan bir! Bir adam bacarıqsızlıq edib ağılsızcasına davranarsa, onun etdiyi bu iş etibarlı sayılarmı?””

Yunus ibn Cubeyr
Səhih

İstinad

Nəsəi, 3399 (Talaq, 11)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı