İddə müddəti olmadan boşama bir talaq sayılır
أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ، عَنْ يُونُسَ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ يُونُسَ بْنِ جُبَيْرٍ ، قَالَ : قُلْتُ لاِبْنِ عُمَرَ : رَجُلٌ طَلَّقَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ ، فَقَالَ : أَتَعْرِفُ عَبْدَ اللهِ بْنَ عُمَرَ ، فَإِنَّهُ طَلَّقَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ ، فَأَتَى عُمَرُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَسْأَلُهُ ، فَأَمَرَهُ أَنْ يُرَاجِعَهَا ، ثُمَّ يَسْتَقْبِلَ عِدَّتَهَا قُلْتُ لَهُ : إِذَا طَلَّقَ الرَّجُلُ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ ، أَيَعْتَدُّ بِتِلْكَ التَّطْلِيقَةِ ؟ فَقَالَ : مَهْ ، وَإِنْ عَجَزَ وَاسْتَحْمَقَ.
“Rəvayət edilir ki, Yunus ibn Cubeyr ﵀ demişdir: “Mən İbn Ömərə dedim: “Bir kişi zövcəsini heyzli ikən boşadı”. O dedi: “Abdullah ibn Öməri tanımırsanmı? O, zövcəsini heyzli olanda boşamışdı. Ömər Peyğəmbərin ﷺ yanına getdi və bu haqda ona sual verdi. Peyğəmbər ﷺ də zövcəsini qaytarmasını və iddə müddətini gözləməsini əmr etdi”. Mən ona dedim: “Kişi zövcəsini heyzli olan halda boşadıqda bir talaq sayılırmı?” O dedi: “Dayan bir! Bir adam bacarıqsızlıq edib ağılsızcasına davranarsa, onun etdiyi bu iş etibarlı sayılarmı?””
İstinad
Nəsəi, 3400 (Talaq, 12)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı