Üç talağın bir dəfəyə verilməsi
أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي مَخْرَمَةُ ، عَنْ أَبِيهِ ، قَالَ : سَمِعْتُ مَحْمُودَ بْنَ لَبِيدٍ ، قَالَ : أُخْبِرَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ رَجُلٍ طَلَّقَ امْرَأَتَهُ ثَلاَثَ تَطْلِيقَاتٍ جَمِيعًا ، فَقَامَ غَضْبَانًا ثُمَّ قَالَ : أَيُلْعَبُ بِكِتَابِ اللهِ وَأَنَا بَيْنَ أَظْهُرِكُمْ ؟ حَتَّى قَامَ رَجُلٌ وَقَالَ : يَا رَسُولَ اللهِ ، أَلاَ أَقْتُلُهُ ؟
“Rəvayət edilir ki, Mahmud ibn Ləbid ﵁ demişdir: “Bir kişinin zövcəsini üç talaqla boşadığı xəbəri verildi. Allah Elçisi ﷺ qəzəblənərək ayağa durdu və buyurdu: “Mən aranızda olduğum halda Allahın Kitabı ilə oynayırsınız?” Bir kişi ayağa durub dedi: “Ey Allahın Elçisi, önu öldürümmü?””
İstinad
Nəsəi, 3401 (Talaq, 13)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı