Talaq (boşanma) kitabı

Kişinin evləndikdən sonra qadını dərhal boşaması

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، قَالَ : سَأَلْتُ الزُّهْرِيَّ - عَنِ الَّتِي اسْتَعَاذَتْ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : أَخْبَرَنِي عُرْوَةُ ، عَنْ عَائِشَةَ ، أَنَّ الْكِلاَبِيَّةَ لَمَّا دَخَلَتْ عَلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَتْ : أَعُوذُ بِاللَّهِ مِنْكَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لَقَدْ عُذْتِ بِعَظِيمٍ ، الْحَقِي بِأَهْلِكِ.

“Rəvayət edilir ki, əl-Əvzai ﵀ demişdir: “Mən əz-Zuhridən Allah Elçisindən ﷺ Allaha sığınan haqda soruşdum. əz-Zuhri dedi: “Urvanın xəbər verdiyinə görə Aişə rəvayət edir ki, Kiləbiyyə adlı bir qadın (Allah Elçisi ﷺ ilə evləndirildikdə) Allah Elçisi ﷺ onun yanına gəldi. Bu vaxt qadın dedi: “Səndən Allaha sığınıram!” Allah Elçisi ﷺ buyurdu: “Sən Əzəmətli Olana sığındın. Get ailənin yanına!””

əl-Əvzai
Səhih

İstinad

Nəsəi, 3417 (Talaq, 29)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı