Kişinin zövcəsinə onu boşamasını bildirmək üçün adam göndərməsi
أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ سُفْيَانَ ، عَنْ أَبِي بَكْرٍ وَهُوَ ابْنُ أَبِي الْجَهْمِ ، قَالَ : سَمِعْتُ فَاطِمَةَ بِنْتَ قَيْسٍ ، تَقُولُ : أَرْسَلَ إِلَيَّ زَوْجِي بِطَلاَقِي ، فَشَدَدْتُ عَلَيَّ ثِيَابِي ثُمَّ أَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : كَمْ طَلَّقَكِ ؟ فَقُلْتُ : ثَلاَثًا ، قَالَ : لَيْسَ لَكِ نَفَقَةٌ ، وَاعْتَدِّي فِي بَيْتِ ابْنِ عَمِّكِ ابْنِ أُمِّ مَكْتُومٍ ، فَإِنَّهُ ضَرِيرُ الْبَصَرِ تُلْقِينَ ثِيَابَكِ عِنْدَهُ ، فَإِذَا انْقَضَتْ عِدَّتُكِ فَآذِنِينِي مُخْتَصَرٌ.
“Rəvayət edilir ki, Fatimə bint Qeys ﵂ demişdir: “Ərim məni boşadığını bildirmək üçün adam göndərmişdi. Mən də libasıma bürünüb məsələni Peyğəmbərə ﷺ bildirmək üçün onun yanına gəldim. Peyğəmbər ﷺ buyurdu: “O səni neçə dəfə boşayıb?” Mən: “Üç dəfə”, - dedim. O buyurdu: “Sənə maddi yardım düşmür. Sən iddə müddətinin çıxmasını əmin oğlu İbn Ummu Məktumun evində gözlə! Onun gözləri görmür, ona görə də bayıra geyindiyin libası onun yanında çıxara bilərsən. İddə müddəti bitdikdə isə mənə xəbər verərsən”.”
İstinad
Nəsəi, 3418 (Talaq, 30)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı