Talaq (boşanma) kitabı

Evlilikdə seçim ixtiyarı

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَنْبَأَنَا يُونُسُ بْنُ يَزِيدَ ، وَمُوسَى بْنُ عُلَيٍّ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ ، أَنَّ عَائِشَةَ ، زَوْجَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَتْ : لَمَّا أُمِرَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِتَخْيِيرِ أَزْوَاجِهِ بَدَأَ بِي فَقَالَ : إِنِّي ذَاكِرٌ لَكِ أَمْرًا ، فَلاَ عَلَيْكِ أَنْ لاَ تُعَجِّلِي حَتَّى تَسْتَأْمِرِي أَبَوَيْكِ ، قَالَتْ : قَدْ عَلِمَ أَنَّ أَبَوَايَ لَمْ يَكُونَا لِيَأْمُرَانِّي بِفِرَاقِهِ ، قَالَتْ : ثُمَّ تَلاَ هَذِهِ الآيَةَ {يَا أَيُّهَا النَّبِيُّ قُلْ لأَزْوَاجِكَ إِنْ كُنْتُنَّ تُرِدْنَ الْحَيَاةَ الدُّنْيَا} - إِلَى قَوْلِهِ - {جَمِيلاً} فَقُلْتُ : أَفِي هَذَا أَسْتَأْمِرُ أَبَوَيَّ ؟ فَإِنِّي أُرِيدُ اللَّهَ عَزَّ وَجَلَّ وَرَسُولَهُ وَالدَّارَ الآخِرَةَ قَالَتْ عَائِشَةُ : ثُمَّ فَعَلَ أَزْوَاجُ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مِثْلَ مَا فَعَلْتُ ، وَلَمْ يَكُنْ ذَلِكَ حِينَ قَالَ لَهُنَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَاخْتَرْنَهُ طَلاَقًا ، مِنْ أَجْلِ أَنَّهُنَّ اخْتَرْنَهُ.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Zövcələrini seçmək ixtiyarı verildiyi zaman Allah Elçisi ﷺ məndən başladı və belə buyurdu: “Sənə bir şey söyləyəcəyəm, amma qərar verməkdə tələsmə və valideynlərinlə məsləhətləş”. Mən dedim: “O, valideynlərimin məni ondan ayırmayacağını bilirdi. Sonra Allah Elçisi ﷺ bu ayəni oxudu: “Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bər-bəzəyini istəyirsinizsə, gəlin sizə boşanma bədəllərini verim və sizi gözəl tərzdə boşayım”. (əl-Əhzab, 28). Mən dedim: “Mən valideynlərimlə danışacağam. Mən Allah ﷿, Onun Elçisini və Axirət yurdunu istəyirəm”. Sonra Peyğəmbərin ﷺ digər zövcələri də mənim etdiyim kimi etdilər. Allah Elçisinin ﷺ onlara seçim ixtiyarı verməsi və onların Allah Elçisini ﷺ seçmələri boşanma olaraq sayılmadı”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 3439 (Talaq, 51)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı