Evlilikdə seçim ixtiyarı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ ثَوْرٍ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : لَمَّا نَزَلَتْ {إِنْ كُنْتُنَّ تُرِدْنَ اللَّهَ وَرَسُولَهُ} دَخَلَ عَلَيَّ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بَدَأَ بِي فَقَالَ : يَا عَائِشَةُ ، إِنِّي ذَاكِرٌ لَكِ أَمْرًا ، فَلاَ عَلَيْكِ أَنْ لاَ تُعَجِّلِي حَتَّى تَسْتَأْمِرِي أَبَوَيْكِ قَالَتْ : قَدْ عَلِمَ وَاللَّهِ أَنَّ أَبَوَيَّ لَمْ يَكُونَا لِيَأْمُرَانِّي بِفِرَاقِهِ ، فَقَرَأَ عَلَيَّ {يَا أَيُّهَا النَّبِيُّ قُلْ لأَزْوَاجِكَ إِنْ كُنْتُنَّ تُرِدْنَ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا} فَقُلْتُ : أَفِي هَذَا أَسْتَأْمِرُ أَبَوَيَّ ؟ فَإِنِّي أُرِيدُ اللَّهَ وَرَسُولَهُ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا خَطَأٌ وَالأَوَّلُ أَوْلَى بِالصَّوَابِ ، وَاللَّهُ سُبْحَانَهُ وَتَعَالَى أَعْلَمُ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bər-bəzəyini istəyirsinizsə, gəlin sizə boşanma bədəllərini verim və sizi gözəl tərzdə boşayım”. (əl-Əhzab, 28) nazil olduqda Peyğəmbər ﷺ yanıma gəlib məndən başlayaraq belə buyurdu: “Ey Aişə! Sənə bir şey söyləyəcəyəm, amma qərar verməkdə tələsmə və valideynlərinlə məsləhətləş”. Allaha and olsun ki, o, valideynlərimin mənim ondan ayrılmağımı istəməyəcəklərini bilirdi. Sonra isə mənə “Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bər-bəzəyini istəyirsinizsə, gəlin sizə boşanma bədəllərini verim və sizi gözəl tərzdə boşayım”. (əl-Əhzab, 28) ayəni oxudu. Mən də dedim: “Mən valideynlərimlə danışacağam. Mən Allah və Onun Elçisini istəyirəm”.”
İstinad
Nəsəi, 3440 (Talaq, 52)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı