Qadın kölənin seçim ixtiyarı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، عَنْ رَبِيعَةَ ، عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ ، عَنْ عَائِشَةَ ، زَوْجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَتْ : كَانَ فِي بَرِيرَةَ ثَلاَثُ سُنَنٍ ، إِحْدَى السُّنَنِ أَنَّهَا أُعْتِقَتْ ، فَخُيِّرَتْ فِي زَوْجِهَا ، وَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الْوَلاَءُ لِمَنْ أَعْتَقَ وَدَخَلَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَالْبُرْمَةُ تَفُورُ بِلَحْمٍ ، فَقُرِّبَ إِلَيْهِ خُبْزٌ وَأُدْمٌ مِنْ أُدْمِ الْبَيْتِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَلَمْ أَرَ بُرْمَةً فِيهَا لَحْمٌ ؟ فَقَالُوا : بَلَى يَا رَسُولَ اللهِ ، ذَلِكَ لَحْمٌ تُصُدِّقَ بِهِ عَلَى بَرِيرَةَ ، وَأَنْتَ لاَ تَأْكُلُ الصَّدَقَةَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : هُوَ عَلَيْهَا صَدَقَةٌ ، وَهُوَ لَنَا هَدِيَّةٌ.
“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Bərira adlı qadının əhvalatında üç hökm var. O azad edildikdə əri ilə qalıb-qalmayacağı haqda sərbəst buraxılmışdı; Allah Elçisi ﷺ buyurmuşdu: “Vəlilik haqqı onu azad edənə aiddir”; Bir gün Allah Elçisi ﷺ evinə gəldi və bir qazanda ətin qaynadıldığını gördü. Allah Elçisinə ﷺ çörək və evdə olan bir qədər qatıq gətirildi. Allah Elçisi ﷺ buyurdu: “Qazanda qaynayan ətdən bir şey yoxdurmu?” Orada olanlar dedilər: “Var, ey Allahın Elçisi! O ət Bəriraya sədəqə olaraq verilib. Sən isə sədəqə yemirsən”. Allah Elçisi ﷺ də buyurdu: “O ət Bəriraya sədəqə, bizə isə Bəriranın verdiyi hədiyyədir”.”
İstinad
Nəsəi, 3447 (Talaq, 59)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı